Dünya (2-01-2016, 13:47)
47 terrorçu edam edildi
Bu gün Səudiyyə Ərəbistanında terrorçuluqda ittiham edilən 47 nəfər haqqında ölüm hökmü icra edilib.
Mediatv.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, barələrində edam hökmü çıxarılan şəxslər arasında “Əl-Qaidə” terror təşkilatının Səudiyyə Ərəbistanındakı liderlərindən olan Faris əz Zəhrani və şiə din xadimi Nimr-ən Nimr də var.
Nazirlik onu da qeyd edib ki, haqqında ölüm hökmü çıxarılan şəxslər 2014-cü ildə məhkum ediliblər və terrorçuluqda, ekstremist fəaliyyətdə ittiham olunurlar.
Qeyd edək ki, 2014-cü ildən etibarən Səudiyyə Ərəbistanı terrorçuluq fəaliyyəti ilə məşğul olan təşkilatlara qarşı cinayət məcəlləsində dəyişiklik edib və cəzalar sərtləşdirilib.