İŞİD terror qruplaşmasının döyüşçüləri 16 yaşa qədər olan 30 suriyalı gənci İraqın Ramadi şəhərində gedən döyüşlərə qatılmaqdan imtina etdikləri üçün edam edib.
Mediatv.az bu barədə TASS “Əs-Sumariyə” telakanalına istinadən məlumat verib.
İraqın Nayvan vilayətinin nümayəndəsinin sözlərinə görə, gənclər terrorçuların onlar üçün müəyyənləşdirdiyi postları tərk edərək qaçıblar.
Yaraqlılar gəncləri fərarilikdə ittiham edərək Mosul şəhərinə gətirib və burada Əl-Kiyara meydanında edam ediblər.