Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (10-12-2015, 17:50)
Dövlət Departamenti Qarabağda tankların işə düşməsi haqda

ABŞ Dövlət Departamenti Dağlıq Qarabağ münaqişəsi zonasında yenidən şiddətlənən toqquşmalar barədə bəyanatla çıxış edib.

Mediatv.az saytı xəbər verir ki, Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində “ağır texnikadan istifadə olunmaqla gərginliyin artmasından” narahatlıq bildirib.

C.Kirbi deyib ki, münaqişə zonasında gərginliyin artırılması yolverilməzdir.

“Biz son insidentlər zamanı həlak olanların və yaralananların ailələrinə başsağlığı veririk. Tərəfləri atəşkəsin dayandırılmasına dair razılaşmaya ciddi əməl etməyə çağırırıq”- deyə C.Kirbi bildirib.

Ermənistan tərəfinin bildirdiyinə görə, Azərbaycan ordusu Qarabağdakı erməni hərbi birləşmələrinin mövqelərinə “son 21 ildə ilk dəfə” tankdan zərbə endirib.

Ermənistan müdafiə naziri Seyran Ohanyan ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikə zəng edərək Azərbaycan tərəfinin tankları işə salmasından şikayətlənib.

Azərbaycan Müdafiə Nazirliyi isə təmas xəttindəki son döyüşlərdə düşmən mövqelərinə tankdan zərbə endirilməsinə dair deyilənləri şərh etmir. Bununla belə Azərbaycan tərəfi dəfələrlə xəbərdarlıq edib ki, düşmənin mövqelərimizi atəşə tutmasına cavab olaraq ordumuz sərəncamındakı bütün vasitələrdən istifadə edərək sərt cavab verəcək.

İndi Dövlət Departamentində keçirilən brifinq zamanı erməni jurnalist Azərbaycan tərəfinin tankdan istifadə etməsinə şərh verməyi xahiş edib.

Con Kirbi isə açıqlamasına davam edərək deyib ki, bu toqquşmalar Azərbaycan və Ermənistan prezidentlərinin münaqişənin dinc yolla nizamlanmasına dair üzərlərinə götürdüklər öhdəliklərə ziddir. Diplomat xatırladıb ki, bu ay ərzində ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentləri arasında görüş baş tutacaq.

“Biz hər iki tərəfi toqquşmalardan qaçmağa və atmosferi yaxşılaşdırmağa çağırırıq”-deyə Con Kirbi deyib.

ABŞ Dövlət Departamenti bu bəyanatında gərginliyin artmasına görə məsuliyyəti hansısa tərəfin üzərinə qoymasa da Vaşinqtonda bu gərginliyin mənbəyinin Ermənistanın Azərbaycan ərazilərinin bir hissəsini işğal altında saxlamasından ibarət olduğunu yaxşı bilirlər.

Bu baxımdan Vaşinqtonda nəzərə almalıdırlar ki, nə qədər ki problemin mənbəyi aradan qaldırılmayıb, təmas xəttində tanklar da işə düşə bilər, digər ağır silahlar da. İşğalçı qüvvələrin Azərbaycan ordusunun mövqelərinə minaatanlardan və digər iriçaplı silahlardan atəş açdığı bir vaxtda buna tank zərbələri ilə cavab vermək gərək təəccüblü görünməsin.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
27 11 2024
27 11 2024