Dünya (29-10-2015, 23:29)
Prezidentin telefonunu kim dinləyib?
Belarus Dövlət Təhlükəsizliyi Komitəsi (DTK) xüsusi əməliyyat keçirərək ayrı-ayrı vətəndaşların, o cümlədən hakimiyyət orqanları nümayəndələrinin telefon danışıqlarını dinləyən cinayətkar qrupun bu qanunazidd əməllərinin qarşısını alıb.
Virtualaz.org saytı xəbər verir ki, bu barədə Belarus DTK-nın yaydığı məlumatda bildirilir.
“Həyata keçirilən operativ əməliyyat nəticəsində cinayətkar dəstənin təşkilatçıları da saxlanılıb. 80-də çox yerdə axtarış aparılıb. Qeyri-qanuni dinləmələrin 1500-dən çox sifarişçisi müəyyən edilib. Saxlanılan şəxslərin bir qismi həbs edilib, qalanları ciddi nəzarət altındadır” - deyə Belarus DTK-dan bildirilib.
Be4larus xüsusi xidmət orqanlarından verilən məlumata görə, bu dəstənin üzvləri Belarusun azı 2 min vətəndaşının telefon danışıqlarını dinləyib. Onların arasında yüksək rütbəli məmurlar, o cümlədən Minsk rayonlarından birinin milis rəisinin müavini, Belarus FHN-in Qrodno vilayəti üzrə regional idarəsinin rəisi, İstintaq Komitəsi üzvləri, yüksək rütbəli gömrük əməkdaşları və hərbçilər, özəl şirkətlərin rəhbərləri, dövlət orqanlarının işçiləri, jurnalistlər, ictimai-siyasi və dövlət xadimləri də var.
DTK-dan o da bildirilib ki, telefon danışıqlarının dinlənilməsi ilə məşğul olan qrup 3 ildən çox imiş fəaliyyət göstərirmiş. Onlar ayrı-ayrı binalara, o cümlədən dövlət orqanlarının yerləşdiyi binalara dinləmə qurğuları yerləşdirir, dövlət xadimlərinin və iş adamlarının telefonlarını dinləyir, elektron poçt məktublarını, habelə sosial şəbəkə ilə danışıq və yazışmaları ələ keçirirmiş. Bunun müqabilində də sifarişçilərdən qonorar alırmış.
Məlumatda o da bildirilir ki, cinayətkar dəstənin üzvlərinə ayrı-ayrılıqda 20-dən çox cinayət işi açılıb.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024