Dünya (4-04-2014, 10:31)
Rusiya Türkiyəni hədələdi və cavabını aldı
Qara dənizə keçən ABŞ hərbi gəmiləri iki ölkə arasında narahatlıq yaratdı
Rusiya xarici işlər naziri Sergey Lavrov Türkiyəni hədələyərək Qara dənizə keçən ABŞ hərbi gəmiləri ilə bağlı Ankaranı tənqid edib. Onun sözlərinə görə, Montrö müqaviləsinə zidd olaraq həmin gəmilərə müqavilədə müəyyənləşdirilmiş müddətdən daha çox qalma haqqı tanınıb.
PİA.AZ anspress.com-a istinadən bildirir ki, Sergey Lavrovun bu iddialarını Ankara cavabsız qoymayıb və sərt reaksiya göstərib. Türkiyə rəsmiləri Rusiyanın iddiasının heç bir şəkildə doğru olmadığını, gəmilərin keçidinin və Qara dənizdə qalma müddətinin tamamilə Montrö müqaviləsinə uyğun olaraq gerçəkləşdirildiyini vurğulayıblar. Mövzuyla əlaqədar Türkiyə bir yazılı açıqlama verib: "Türkiyə Montrö Boğazlar Konvensiyasını 78 ildir ki, ciddi şəkildə tətbiq edir. Montrö Konvensiyasının tətbiq olunması məzmununda RF xarici işlər nazirinə istinadən mətbuatda yayılan iddialar heç bir şəkildə gerçəyi əks etdirmir.
Ankaradakı Rusiya Federasiyası səfirliyi tərəfindən nazirliyimizə də çatdırılmış olan bu iddialara lazımlı cavab əsasən verilib".
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024