Mediatv.az-ın verdiyi xəbərə görə, aksiya zamanı təhlükəsizliyin təmin edilməsinə çoxlu sayda polis əməkdaşı cəlb edilib.
Məlumata görə, baş vermiş faciədə hakimiyyəti günahlandıran bəzi etirazçılar hökumət əleyhinə şüarlar səsləndiriblər.
Etiraz aksiyaları həmçinin İzmir, Batman, Diyarbəkirdə keçirilib. Diyarbəkirdə polis aksiyanın dağıdılması zamanı gözyaşardıcı qazdan istifadə etməli olub.