Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (10-10-2015, 21:54)
ABŞ xəbərdarlıq etdi – İrana qarşı sanksiyalar qüvvədədir

CDF539E4-F203-4557-8981-F753C6C979DD_w640_r1_sDövlət Departamenti gizli diplomatik xəttlə xarici hökumətlərə və banklara xəbərdarlıq göndərib
Mediatv.az-ın məlumatına görə, Obama administrasiyası özəl kanallarla xarici hökumətlərə və ABŞ banklarına xatırladaraq bildirib ki, İrana qarşı sanksiyalar hələ qüvvədədir, ona görə də İranda neft sektoruna və başqa bizneslərə investisiya etmək istəyən şirkətlər tələsməməli və iyul ayında əldə olunan nüvə razılığına əsasən götürdüyü öhdəliklərə tam əməl etməsini gözləməlidir.
ABŞ Dövlət Departamenti dünya boyu səfirliklərinə demarş adlanan kabel mesajı göndərərək İrana qarşı sanksiyaların qüvvədə olduğunu xatırladıb. Bu barədə məlumatı Reuters xəbər agentliyi diplomatik və hökumət mənbələrindən əldə edib.
Mesajda deyilib ki, İrana qarşı sanksiyalar Beynəlxalq Atom Enerjisi Agentliyi Tehranın razılığın bütün şərtlərinə əməl etdiyini təsdiq etməsinədək qüvvədə qalacaq.
“Birləşmiş Ştatlar hökumətlərə bildirmək istəyir ki, İranla münasibətlərini qurarkən tələsməsinlər” – deyə Londondakı diplomatik mənbə bildirib.
Sanksiyaların nə zaman ləğv ediləcəyi hələlik bəlli olmasa da, ekspertlər deyir ki, əgər Tehran şərtlərə əməl etsə, gələn il İranla bəzi beynəlxalq maliyyə əməliyyatları həyata keçirilə bilər. /”Amerikanın səsi”

шаблоны для dle 11.2

Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024