Mediatv.az-ın məlumatına görə, bir müddət öncə Nyu-York prokurorluğu C. Eşi çinli biznesmenlərdən 1,3 milyon dollar rüşvət götürməkdə ittiham edib.
Bildirilir ki, 500 min dollar qarşılığında C. Eş BMT baş katibinə Makaoda BMT-nin konfrans mərkəzinin inşası ilə bağlı sənədlər hazırlayıb. Kompeksin tikintisi ilə milyarder Nq Lap Senqanın şirkəti məşğul olub.
C. Eşə həmçinin “Rolex” saatı, BMW avtomobili və evinin heyətində 30 min dollarlıq basketbol meydançası tikilərək hədiyyə verilib.
O da müəyyən olunub ki, çinli maqnatın vasitəçiliyi ilə C. Eşin həyat yoldaşına ayda 2,5 min dollar maaşı olan qeyri-hökumət təşkilatlarından birində iş verilib. Bu rüşvət sxeminə qoşulmaqda təqsirli bilinən 4 biznesmenə qarşı da ittiham irəli sürülüb.
BMT baş katibi Pan Gi Mun irəli sürülən ittihamlardan dəhşətə gəldiyini və dərin narahatlıq keçirdiyini bildirib.