Dünya (5-10-2015, 16:30)
“Rusiyaya qarşı çıxın!” - Dünya Müsəlmanlarından çağırış
Dünya Müsəlman Alimləri Birliyi İslam ölkələrini Rusiyanın Suriyaya müdaxiləsinə qarşı çıxmağa çağırıb.
Mediatv.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, Dünya Müsəlman Alimləri Birliyinin sədri Yusif əl-Karadavinin imzası ilə yayılan bəyanatda deyilir:
“İslam və ərəb ölkələrinin xalqları, alimləri və rəhbər şəxsləri Rusiyanın Suriyaya hərbi müdaxiləsinə etiraz etməli və qarşı çıxmalıdırlar. Azad dünya Suriya xalqını zalım və günahkar Bəşər Əsəd rejimindən xilas edəcək xalq hərəkatının davam etməsinə dəstək verməlidir. Suriyada Bəşər Əsədin hakimiyyətdən getməsindən savayı çıxış yolu yoxdur. Terrorla mübarizə adı altında Suriyada zalım Əsəd rejimini dəstəkləmək üçün bu ölkəyə müdaxilə edən Rusiya, İran, İraq və Livandan olan hərbçilərə qarşı İslam aləmi də birləşməli və mübarizə aparmalıdır”.