Dünya (4-10-2015, 13:38)
Rusiyadan şok açıqlama: “ABŞ qəsdən GPS siqnalına müdaxilələr edir”
Rusiya Silahlı Qüvvələri Amerikanın GPS naviqasiya sisteminə etibar etmir, çünki onun siqnallarına qəsdən müdaxilələr və bilərəkdən yanlış düzəlişlər edilir.
Mediatv.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Rusiya Hava-Kosmik Qüvvələrinin xüsusi təyinatlı 15-ci ordusunun qərargah rəisi general-mayor Anatoli Nesteçuk “RSN” radiostansiyasının “Baş Qərargah” (“Qenştab”) proqramında bildirib.
“Son silahlı münaqişələrin təhlili göstərdi ki, düşmən dezinformasiya məqsədilə öz sistemlərinin naviqasiya göstəricilərinə qəsdən düzəlişlər etmək imkanından aktiv şəkildə istifadə edir. Biz GPS qəbuledicilərinin təqdim etdiyi məlumatları nəzərə almırıq”, deyə Anatoli Nesteçuk qeyd edib.
“Onlar, həqiqətən, bu üsuldan istifadə edirlər”, deyə general fikrini bir daha təsdiqlədi.