Dünya (9-09-2015, 08:53)
Rusiya Ermənistanla birgə hava hücumundan müdafiə sistemi yaradır
Rusiya Ermənistanla və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı digər iki müttəfiqi - Qırğızıstan və Tacikistanla birgə hava hücumundan müdafiə sistemi yaratmağı planlaşdırır
APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, Qafqaz regionunda birgə hava hücumundan müdafiə sistemi haqqında Ermənistan-Rusiya sazişinin layihəsi dövlətdaxili razılaşdırılma mərhələsini artıq keçib və hazırda onun imzalanmasına hazırlıq işləri gedir. “Ümid edirəm ki, bu il razılaşdırma başa çatacaq”, deyə Baş qərargah rəisi – Hava-Kosmik Qüvvələri komandanının birinci müavini Pavel Kuraçenko bildirib.
Qırğızıstan və Tacikistanla analoji sazişlər hazırda dövlətdaxili razılaşdırılma mərhələsindədir.
Qeyd edək ki, MDB-yə üzv olan dövlətlərin Müdafiə Nazirləri Şurasının yanında hava hücumundan müdafiə məsələləri üzrə Əlaqələndirici Komitənin növbəti iclası 2016-cı ilin aprelində Rusiyanın Tver şəhərində keçiriləcək.