Dünya (4-10-2015, 11:48)
Tramp: “ABŞ-ın problemi silah yox, ruhi xəstələrdir”
ABŞ prezidentliyinə respublikaçı namizədi Donald Trampın sözlərinə görə, ölkəsinin silah problemi yoxdur, xəstə insanlar problemi var.
Mediatv.az NBC Nyus-a istinadən xəbər verir ki, respublikaçı milyarder Oreqon ştatındakı kollecdə baş verən faciəyə münasibət bildirərkən prezident Obamanın çıxışını tənqid edib və ölkəsinin silah problemi yaşamadığını deyib:
“İnsidentdən sonra ABŞ prezidentinin çıxışını izlədim. O təkidlə hər kəsi inandırmağa çalışır ki, ABŞ-ın silah və onlara nəzarət problemi var. Əslində, isə belə deyil. Bizim ruhi xəstə olan insanlarımız var ki, bu gün ABŞ-ın əsas problemi məhz onlardır”.
Xatırladaq ki, oktyabr ayının 2-də Oreqon ştatının Rozberq şəhəri yaxınlığında tədris müəssisəsinə edilən hücum zamanı 10 nəfər öldürülüb, 20 nəfər yaralanıb.