Mediatv.az Virtualaz.org-a istinadən bildirir ki, bunu sentyabrın 29-da jurnalistlərlə görüşdə Rusiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri İvan Volınkin bildirib və əlavə edib ki, ATƏT-in Minsk Qrupunun və bütün dünya ictimaiyyətinin diqqəti buna yönəlib.
“Mən ümid edirəm ki, heç bir gərginlik olmayacaq”, - İvan Volınkin vurğulayıb.
Onun sözlərinə görə, təmas xəttində və sərhəddə baş verənlər dərin təəssüf doğurur: “Həlak olan hərbçilərin ailələrinə dərin hüznlə başsağlığı verirəm”.
Ermənistan və Azərbaycan prezidentlərinin görüşünün keçirilməsinin mümkünlüyünə dair suala cavab verərkən, Rusiya səfiri deyib: "Mövzunun iki nazirin Nyu-Yorkdakı görüşündə müzakirə olunduğunu düşünürəm. Amma təəssüf ki, nəticələri bilmirəm”.