Dünya (24-09-2015, 09:55)
Avropa İttifaqı Türkiyəyə 1 milyard avro ayırdı
Avropa İttifaqı miqrantların problemlərini həll etmək üçün Türkiyəyə 1 milyard avro ayırıb.
Mediatv.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Avropa Komissiyasının sədri Jan-Klod Yunker bəyan edib .
“Avropa İttifaqının miqrasiya böhranı ilə bağlı fövqəladə sammitində miqrantların problemlərini həll etmək üçün Türkiyəyə 1 milyard avro, Makedoniyaya isə 700 milyon avronun ayrılması barədə qərar qəbul edilib. Bundan əlavə, Avropa İttifaqına üzv dövlətlərin xarici sərhədlərində əməliyyat əməkdaşlığının idarə olunması üzrə Avropa agentliyi (“Frontex”) və Avropa Polis Agentliyinə (Europol) 600 milyon avro, BMT-nin Ümumdünya ərzaq proqramına 200 milyon avro, qaçqınlara birbaşa humanitar yardım üçün isə 300 milyon avro ayrılacaq”, deyə J-K.Yunker bildirib.