Dünya (24-08-2015, 22:54)
Daha bir ölkədə “ərəb baharı” başladı
Livanda sosial problemlərlə bağlı etirazlar baş qaldırıb. Paytaxt Beyrutda kütləvi mitinqlər keçirilir. Aksiyaçılar yol və zibillik problemlərinin həllini tələb edir.
Axar.az-ın məlumatına görə, şəhərin Riyad əs-Sülh Meydanına toplaşan minlərlə etirazçı hökuməti istefaya çağırıb.
Polis aksiya iştirakçıları ilə qarşıdurmada gözyaşardıcı qaz və su şırnağından istifadə edərək mitinqi dağıdıb.
Baş nazir Tammam Salam açıqlamasında bildirib ki, etirazçılara qarşı zorakılıq nümayiş etdirənlər cəzasız qalmayacaq: “Məsələ təkcə zibillik, məişət problemləri deyil, daha böyük siyasi zibil probemləri var”.
Qeyd edək ki, Beyrutda küçələrin təmizlənməsi işini həyata keçirən şirkətin işinə xitam verilməsindən sonra şəhərin yolları zibil, tör-töküntü içindədir.