Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (20-08-2015, 12:38)
Ərdoğanı hədələyən türkiyəli İŞİD-çinin kimliyi bilindi

Ərdoğanı hədələyən türkiyəli İŞİD-çinin kimliyi bilindi

Acıpayamın qohumu onun namazdan, ibadətdən uzaq bir insan olduğunu bildirib.

Bir neçə gün əvvəl videomüraciəti yayılan türkiyəli İŞİD terrorçusunun şəxsiyyəti məlum olub.Anspress-in məlumatına görə, kod adı Əbu Ammar olan İŞİD üzvünün 47 yaşlı Fatih Acıpayamolduğu müəyyən olunub. Hazırda Suriyada İŞİD terror təşkilatının əmirlərindən biri olan Acıpayamın illərlə Bursa şəhərində aşpazlıq və səyyar şirniyyatçılıqla məşğul olduğu bildirilir. 

Bildirilir ki, əslən Kahramanmaraş şəhərindən olan Fatih Acıpayam 20 il əvvəl ailə həyatı qurub, 10 il əvvəl isə yaşadığı İsparta şəhərindən Bursa şəhərinə köçüb. 2014-cü ildə isə hər şeyini sataraq ailəsi ilə birlikdə Bursadan ayrılıb və Kilis şəhərindən Suriyaya keçərək İŞİD sıralarına qoşulub. 

Acıpayamın qohumu olduğunu deyən bir nəfər onun namazdan, ibadətdən uzaq bir insan olduğunu bildirib:

"İspartada olanda namaz, ibadət bimirdi. Nə olubsa, bir anda olub. Biz cübbəli Əhmədin söhbətinə gedərdik. Amma o, söhbətə girməz, məscidin qapısında şirniyyat satardı. Yıldırım rayonunda (Bursa) 2014-cü ilə qədər şirniyyat mağazası vardı. Suriyaya getməmişdən əvvəl 100 000 lirəyə satdı. Gedəcəyini deməmişdi. Hər halda mane olarıq, şikayət edərik deyə fikirləşib. Gizlicə getdi. Daha sonra təsadüfən zəng vurdum, halallıq ver, biz sərhədi keçdik - dedi və telefonu bağladı. Bu hadisədən 3 ay sonra qaynanası öldü. Xəbər vermək üçün zəng vurdum. "Allahdan gəldik, Allaha dönəcəyik", - dedi və telefonu üzümə bağladı. Bir daha da xəbərləşə bilmədik".

Qohumu Fatih Acıpayamın 10 il əvvələ qədər heç nəyi olmadığını deyib:

"10 il əvvələ qədər onun heç nəyi yox idi. Sonra birdən-birə əmmamə və cübbə geyinməyə başladı. Telefonçuluqla məşğul olduğu zaman "əl-Ənsar" universitetindən bir nəfər onunla görüşməyə başladı. Ondan sonra yoldan çıxdı. Həyat yoldaşını da özünə oxşatdı. Cümə namazı qılmırdı. "Bu din xadimlərinin arxasında namaz qılmaq olmaz", - deyirdi. Eşitdiyimə görə, dostlarına "hamı şəhid oldu, bir mən qaldım" deyirmiş". 

Xatırladaq ki, Türkiyə vətəndaşı olan Əbu Ammar kod adlı Fatih Acıpayamın bir neçə gün əvvəl video-müraciəti yayılmış, Atatürkü və Türkiyə Cümhuriyyətini təhqir edən Acıpayam prezident Rəcəb Tayyib Ərtdoğanı da hədələyir və özü kimi terrorçuları İstanbulu ələ keçirməyə səsləyirdi. 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024