Dünya (30-03-2014, 19:15)
Rusiya Ukraynanı müdafiə edən ölkələri hədələdi
Rusiya BMT Baş Assambleyasında Ukraynaya dair qətnamənin səsə qoyulması ərəfəsində bir sıra ölkələri hədələyərək onlara bu sənədi dəstəkləməkdən çəkinmək barədə xəbərdarlıq edib.
Virtualaz.org saytı xəbər verir ki, bu barədə "Röyter” agentliyi bir neçə diplomatik mənbəyə istinadən məlumat yayıb. Baş Assambleyada qəbul edilən qətnamədə Krımdakı referendumun nəticələri qeyri-legitim hesab olunur. MDB respublikalarından ancaq Azərbaycan və Moldova bu sənədi dəstəkləyib. Ermənistan da daxil olmaqla qalan ölkələr sənədin əleyhinə səs veriblər.
Məlumata görə Rusiya nümayəndələrindən hədələr bir sıra Şərqi Avropa, Mərkəzi Asiya və Afrika ölkələrinə daxil olub. Bu ölkələr arasında Qazaxıstan, Tacikistan və Özbkəkistan da ola bilər. Diplomatların bildirdiyinə görə, Rusiya bir sıra ölkələri hədələyib ki, onların Krımdakı referendumu qanunsuz hesab etmələrinə cavab olaraq tədbirlər görüləcək. Hədələr "konkret olmayıb”, lakin diplomatlar söhbətin əmək miqrantlarının Rusiyadan qovulmasından, qaz nəqlinin ixtisarından və Rusiyaya malların ixracına məhdudiyyətlər qoyulmasından ibarət ola biləcəyini deyirlər.
Rusiyanın BMT-dəki nümayəndəsi isə bildirib ki, onlar heç kimi hədələmirlər: "Biz sadəcə olaraq situasiyanı izah edirik”. Krıma dair qətnaməyə 100 ölkə səs verib, 58 ölkə bitərəf qalıb, 11 ölkə əleyhinə səs verib.Orta Asiya respublikalarından Qazaxıstan və Özbəkistan da bitərəf qalıb, Qırğızıstan, Tacikistan və Türkmənistan isə səsverməyə ümumiyyətlə qatılmayıb.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024
21 11 2024