Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (15-08-2015, 16:52)
Qarabağ üçün yeni gəlişmə

Ötən sayımızda Rusiyanın Güney Qafqaz planlarının getdikcə daha qorxulu məzmun aldığı haqda yazmışdıq. Qeyd eləmişdik ki, Vyana anlaşmasının İranın Qərblə yaxınlaşmasına stimul yaratmasından ciddi narahat olan Kreml ələlxüsus özünün cənub cinahı (periferiyası) boyu hərbi cəhətdən möhkəmlənmək, paralel surətdə bölgə ölkələrini, o cümlədən Türkiyəni və İranı, nəhayət, Qərbin özünü təhdid etmək xətti götürüb.
Həmçinin, vurğulamışdıq ki, Rusiyanın Cənubi Qafqaza hərblə qayıtmaq və regionun xəritəsini istədiyi kimi dəyişdirmək planı mövcuddur. Bundan ötrü də Kreml ən avantürist hərəkətlərə getməyə hazır görünür. Bəzi analitiklərə görə, şimal qonşunuzun cənub cinahına diqqəti xüsusi artırması daha bir mühüm faktorla - Ukraynadakı proseslərin Kremlin arzuladığı ssenari üzrə getməməsindən qaynaqlanır. 
Ayrı sözlə, Ukraynanın gec-tez əldən çıxacağının qaçılmaz olduğunu anlamağa başlayan Moskva heç olmasa, digər mühüm geostrateji bölgə olan Qafqazı əldə saxlamaq üçün hərəkətə keçib. Bundan ötrü özünün arsenalındakı bütün klassik və yeni üsulları işə salmağa qərar verib. Ukraynaya görə Rusiyanın yeni situasiya ilə üzləşdiyini indi artıq moskvalı analitiklər də etiraf edirlər.
“Rusiya prezidenti Vladimir Putinin Ukrayna ilə bağlı planı uğursuzluğa düçar olub”. Bunu rusiyalı tanınmış politoloq Andrey Piontkovskiy mətbuata açıqlamasında söyləyib. Onun sözlərinə görə, Putinlə onun ətrafının maraqları ciddi şəkildə ayrılmağa başlayıb. Sitat: “Əgər bir il qabaq Putinin əsas planı Novorossiya, Dnestryanıya kimi Ukraynanın bir sıra ərazilərini tutmaq idisə, hazırda heç kim bunu xatırlamır. Fikrimcə, Ukrayna məsələsi yaxın həftələrdə həll olunmalıdır. Sırf operativ-taktiki əməliyyat baxımından Moskva avqust-sentyabr aylarında Ukraynaya hərbi müdaxilə etməsə, bundan sonra müdaxilə, ümumiyyətlə, olmayacaq. Oktyabr isə hərbi hücumlar mövsümü deyil”. 
***
Bu fikirlərdə həqiqət payı az deyil. Doğrudan da, bir sıra ciddi hərbi ekspertlər, NATO, ABŞ generalları Rusiyanın öz planlarını tam gerçəkləşdirmək üçün yay mövsümü ərzində (oktyabradək) Ukraynanın şərqinə birbaşa hərbi müdaxilə edə biləcəyini bəyan ediblər. Səbəb həm də beynəlxalq sanksiyaların təsirindən iqtisadi-sosial durumu getdikcə daha da ağırlaşan cəmiyyətin, ac-yalavac kütlənin diqqətini müharibə ilə, ölkə xaricində yeni ərazilər tutmaqla yayındırmaqdır təbii ki. 
Ancaq Putin üçün burada riskli bir məsələ var. İş ondadır ki, NATO rəhbərliyi, ABŞ o halda Kremlin birbaşa alyansla üz-üzə gələcəyi ilə bağlı xəbərdarlıq edib. Yəni bu dəfə Rusiyanı Krımın ilhaqlı kimi elə də asan proses gözləmir - tam əksinə. Görünür, Moskvada belə perspektiv ciddiyə alındığından Ukraynaya hərbi müdaxilə planlına daha ehtiyatlı yanaşmağa başlayıblar.  
Üstəlik, Rusiyanın yeni təcavüzlə planı ilə bağlı iştaha dişini həmişəlik qırmaq üçün Qərbdə Rusiya neftindən imtina təklifi də gündəmə gəlib. Bu imtina büdcəsinin 40 faizi neft gəlirləri hesabına formalaşan Rusiya büdcəsinə, Rusiya iqtisadiyyatına öldürücü zərbə vura bilər. 
Heç şübhə yox ki, Rusiya hərbi təcavüzə gedəcəyi halda belə bir ssenari də ləngimədən işə düşəcək. O zaman Rusiya girdiyi Ukraynadan çıxmaya, düşdüyü bataqlıqda həmişəlik qala bilər.
Əlbəttə ki, Kremldə az-çox ağıllı, praqmatik, strateji düşüncə qabiliyyətini itirməmiş siyasilər mümkün ssenarilər və onların fəsadlarını görməyə bilməzlər. Bir şey dəqiqdir ki, Qərbin, xüsusən də ABŞ və NATO-nun Ukraynada Krımın ilhaqı ilə beynəlxalq hüququ kobud şəkildə tapdamış Rusiyaya ciddi dərs vermək, onun postsovet məkanında başqa əraziləri də zəbt eləmək istəyini öldürmək, Rusiyanı ən azından oktyabr ayınadək (təxminən 45 gün) durdurmaq niyyəti ciddidir və Qərb məsələdə axıradək güdəcək.
 
***
Demək, qalır “Yaxın xaric”dəki başqa strateji məntəqələri əldə saxlamaq, orada möhkəmlənmək. Qeyd edildiyi kimi, onlardan birincisi Cənubi Qafqaz regionudur. Şimal qonşumuzun bölgəmizə nəzər-diqqətini gücləndirdiyini artıq indi adi gözlə də görmək mümkündür. Və bu “nəzər-diqqət” çox istiqamətlidir. 
Bura Ermənistanda (Gümrü), Gürcüstanın separatçı bölgələrində hərbi mövcudluğu gücləndirməkdən tutmuş, region ölkələri daxilində “5-ci kolon”çuları fəallaşdırmağa, yeni separatçı ocaqlar (Cavaxetiya, Azərbaycanın şimalı) yaratmağadək rəngarəng müdaxilə rıçaqları daxildir. Təbii ki, həll olunmamış Dağlıq Qarabağ ixtilafı da o qəbildəndir. 
Odur ki, bölgəmiz ətrafında formalaşan son durum rəsmi Bakını da qarşıdakı kritik 45 gündə çevik və ölçülü-biçili addımlar atmaq zorunda qoyur. Rusiya təhlükəsi bu addımların ən azı 6 istiqamətli olmasını diktə edir. 
Onları bir daha sadalayaq: 1. Qarabağ məsələsində Moskvanın avanrürist hərəkəti üçün heç bir bəhanə verməmək; 2. Rusiyanın Azərbaycanda artıq hərəkətə keçən “5-ci kolon”çularını ciddi nəzarətdə saxlamaq. 3. İŞİD-lə bağlı müdaxilə üçün Kremlə bəhanə yaratmaqdan yayınmaq; 4. Türkiyə ilə sinxron addımlar atmaq; 5. Xüsusən də şimaldakı potensial separatçı bölgədəki prosesləri nəzarətdə saxlamaq. 6. Gürcüstandakı soydaşlarımızın Rusiyanın təxribatçı planlarında iştirakdan çəkindirmək üçün tədbirlər görmək. 
Sıraya əlbəttə ki, ən önəmli şərt kimi Qərblə konfrontasiyadan qaçmağı əlavə eləmək qalır. (musavat.com)
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024