Dünya (11-08-2015, 09:14)
Ukraynada döyüşlər başladı: ölü və yaralılar var
Bu gün Ukraynanın şərqində hökumət qüvvələri ilə separatçılar arasında döyüşlər intensivləşdiyi bir vaxtda ölkə prezidenti xarici işlər nazirinə baş qaldıran zorakılıqlar haqda alman, fransız və rus həmkarları ilə təcili danışıqlar aparmaq göstərişi verib.
ANS PRESS-in məlumatına görə, Ukrayna prezidentinin internet səhifəsində deyilir ki, 200-ə yaxın separatçı tanklardan istifadə edərək Novolaspa kəndinə hücuma keçib. Kənd hökumətin nəzarətində olan Mariupol şəhəri ilə separatçıların istehkamı olan Donetsk arasında yerləşir.
Ukrayna hərbi qərargah rəisi Viktor Mujenko prezident Pyotr Poroşenkoya deyib ki, hücumun qarşısı alınıb. Ancaq son məlumatlara görə, daha sonra hökumət qüvvələri kənddən çıxmalı olub.
Üsyançı rəsmiləri onların qüvvələrinin Novolaspaya hücumunu rədd edərək bildirib ki, üsyançıların bazaları əvvəldən orada olub. Separatçılar daha sonra Ukrayna qüvvələrini kəndi ağır artileriyada atəşə tutmaqda ittiham edib.
Qondarma Donetsk respublikasının müdafiə naziri Mariopola edilən hücum haqqında danışır
Separatçılar Ukrayna ordusuna aid pilotsuz təyyarəni vurmağa çalışır
Ukrayna ordu sözçüsü Vladislav Seleznyov hökumət qüvvələrinin Staronativka qəsəbəsinə nəzarəti öz əlində saxladığını bildirib. Qəsəbə Nobolaspadan bir neçə kilometr cənub-qərbdə yerləşir. Sözçü bildirib ki, hücum zamanı bir Ukrayna əsgəri həlak olub, 9 nəfər isə yaralanıb.
Poroşenkonun Twitter vasitəsilə bildirdiyinə görə, o, xarici işlər naziri Pavlo Klimkinə Almaniya, Fransa və Rusiya xarici işlər nazirləri ilə təcili danışıqlar aparmaq tapşırığı verib.
Lakin ABŞ məsələyə sadalanan ölkələrdən daha tez reaksiya veribvə bu dəfə də Rusiyanı ittiham edib. Vaşinqtonda Dövlət departamenti nümayəndəsi Con Kirbi bildirib ki. Birləşmiş Ştatlar Ukraynanın şərqində hücumların çoxalmasında “dərin narahatlıq” hissi keçirir. Oz müraciətində o 3 ukraynalının ölümü və 35 yaralı barədə məlumat verib.
Con Kirbi
“Rusiya və onun dəstəklədiyi separatçılar eyni zamanda sülh və müharibə barədə danışa bilməzləzlər. Əyər onlar sülh istəyirlərsə Minskdə danışıldığı kimi tam şəkildə atəşi dayandırsınlar”- deyə Kirbi bildirib.
BMT-nin hesabatına əsasən 2014-cü ilin aprel ayında münaqişənin başlamasından bu yana Donbasda hərbi toqquşmaların hamısında 6500 insan həyatını itirib.