Dünya (28-03-2014, 12:38)
Ukrayna Azərbaycana Azərbaycan dilində təşəkkür edib
“Azərbaycanlı dostlarımız, dəstəyinizə görə sizə təşəkkür edirik!”
Ukrayna Xarici İşlər Nazirliyi Azərbaycana bu ölkəyə verdiyi dəstəklə əlaqədar təşəkkür edib. APA-nın məlumatına görə, təşəkkür Ukrayna XİN-in rəsmi “Twitter” səhifəsində yerləşdirilib. Azərbaycan dilində yazılan müraciətdə deyilir: “Azərbaycanlı dostlarımız, dəstəyinizə görə sizə təşəkkür edirik!”
Qeyd edək ki, martın 27-də BMT Baş Assambleyasında Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən qətnamə qəbul olunub. Azərbaycan qətnamənin lehinə səs verib. Bundan əvvəl isə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, Azərbaycan Ukraynada stabilliyin bərpasına və problemlərin sülh yolu ilə çözülməsinə tərəfdardır. Nazirin sözlərinə görə, Azərbaycan Ukrayna ilə bağlı mövqeyini dəfələrlə ifadə edib: “Azərbaycan ərazi bütövlüyü məsələsinə hörmətlə yanaşır. Çünki ölkəmizin özü də təcavüzlə üzləşib və nəticədə Azərbaycan torpaqları işğal olunub”
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024