Dünya (24-07-2015, 10:45)
Türkiyədən ABŞ-a yaşıl işıq
İŞİD terror qruplaşmasının mövqeləri vurulacaq
Türkiyə hakimiyyəti ABŞ-na ölkə ərazisində İŞİD terror qruplaşmasının mövqelərinə zərbələrin vurulması üçün aviasiyanı yerləşdirməyə icazə verib. ANS PRESS-in məlumatına görə, bu haqda “The Wall Street Journal” amerika qəzetinin elektron versiyası bildirib.
Pentaqonda olan nəşrin mənbələri iddia edir ki, "çoxaylıq danışıqlardan sonra Türkiyə ABŞ hərbiçilərinə Suriyayla sərhədə yaxın ABŞ-ın Hərbi Hava Qüvvələrlərinin bazasından İŞİD döyüşçülərinə havadan zərbələr vurmağa icazə verməyə razılaşıb". Söhbət həm təyyarələr , həm də pilotsuz təyyarələr haqqında gedeir.
Nəşr iddiasına görə, razılaşma Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan və ABŞ prezidenti Barak Obama tərəfindən bəyənilib. Çərşənbə günü onlar Ağ evdə görüşüblər.
Bu görüşsdə ABŞ və Türkiyə prezidentləri Barak Obama və Rəcəb Tayyib Ərdoğan əcnəbi silahlıların Suriyaya axınının qarşısının alınmasına və Türkiyə-Suriya sərhədinin təhlükəsizliyinin təmin olunmasına dair razılığa gəliblər.
Bu günlər İŞİD teror qruplaşmasının Türkiyə ərazisində fəallaşması höküməti hərəkətə keçirib. Ardıcıl terror hadisələrinin baş verməsi və Suriya ilə sərhəd bölgəsində təhlükəTürkiyə ordusunu hərəkətə gətirib. Sərhəd bölgələrinə ağır texnika cəlb edilir. Kilis vilayətində yerləşən sərhəd-keçid məntəqələrinə 10-a yaxın hərbi maşın gətirilib. İyulun 28-ə kimi, 5 gün müddətində Kilisdə xüsusi təhlükəsizlik rejimi tətbiq edilib. Bundan əlavə Suriya ilə sərhəddə yerləşən Hatay, Qaziantep, Şanlıurfa və Mardin vilayətlərinə də hərbi qüvvənin cəmləndiyi məlumatı verilib. Mardinə 40-a yaxin zirehli texnikanın gətirildiyi deyilir.
Son 4 gunde baş verənlərlə əlaqədar Turkiyədə polis də gücləndirilmis rejimə keçib. Butun polis əməkdaşları tətil və məzuniyyətdən geri cağrılaraq 24 saatliq is rejiminə keçilib.
Mediatv.az