Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (17-07-2015, 10:28)
ABŞ-da hərbi obyektə hücum: 4 ölü

 

ABŞ-ın Tennessi əyalətində iki hərbi nöqtə silahlı hücuma məruz qalıb. ANS PRESS-in məlumatına görə, hücum nəticəsində 4 nəfər ölüb, 3 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb. 

ABŞ-da hərbi obyektə hücum: 4 ölü

Bildirilir ki, yerli vaxtla saat 11.05-də bir nəfər avtomatla donanma Rezerv mərkəzinə doğru atəş açmağa başlayıb. Bundan sonra mərkəzin qapısında onlarla güllə izi qalıb. Hadisə şahidlərinin verdiyi ifadəyə görə, hücumu törədən şəxs gümüşü rəngli idman avtomobili ilə binanın qarşısındakı “Amnicole” magistral yolundan keçərkən atəş açmağa başlayıb. Hücumun baş verməsindən dərhal sonra hadisə yerinə çox sayda polis və təcili yardım briqadaları cəlb olunub və ətrafda təhlükəsizlik tədbirləri gücləndirilib. ABŞ hərbi donanmasına aid sosial şəbəkə səhifəsində hücumun hər tərəfli araşdırıldığı qeyd edilib.

ABŞ-da hərbi obyektə hücum: 4 ölü

Rəsmilər hadisəni törədən şəxsin hərbi səfərbərlik ofisinin qarşısına gedərək avtomobildən düşmədən atəş açdığını, içəridə olanların arxaya qaçması səbəbindən burda insan tələfatı olmadığını bildirib. Həmçinin həmin şəxs dəniz piyadalarının olduğu donanma rezerv mərkəzinə gedərək atəş açıb və 4 əsgəri öldürüb. Davam edən atışma zamanı hücumu törədən şəxs özü də öldürülüb. 

Qeyd edək ki, artıq ABŞ-da silahlı hücumlar törədərək insanların öldürülməsi və yaralanması intensiv hal alıb: 

Mediatv.az 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024