Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (13-07-2015, 09:20)
Avrozonadan Yunanıstana çağırış

3B46F805-FDED-4709-A746-7944CF147A06_w268_r1

 

Avrozona rəsmiləri Yunanıstana deyir ki, tezliklə islahatlar keçirməklə inamı bərpa etməlidir. Bu, demək olar müflisləşmiş ölkəni avrozonada saxlamaq üçün yeni maliyyə yardımı paketi üzrə danışıqlara başlamaq naminə vacibdir.
İyulun 12-də Brüsseldə böhran danışıqları keçirilib. AB liderləri və avroqrupun 19 üzvünün nazirləri bildiriblər ki, Yunanıstanı avrozonada saxlamaq üçün əllərindən gələni edəcəklər.
Fransa prezidenti Francois Hollande söyləyib ki, Aralıq dənizi ölkəsinin qrupdan çıxması Avropanın “geriləməsi” olar və bundan qaçılmalıdır.
Ancaq Almaniya kansleri Angela Merkel-in sözlərinə görə, Yunanıstan inamı bərpa etməlidir. Bir həftə öncə keçirilən referendumda əhali borc şərtlərini rədd edib.
“Daha bir güzəşt üçün burdayam,” baş nazir Alexis Tsipras Brüsseldə deyib. “Avropanı bölünməz görmək istəyən Avropa xalqlarına minnətdarıq. Bütün tərəflər istəsə, bu gecə razılaşma əldə edə bilərik”.
Merkel isə bunun asan olmayacağını söyləyib. Onun sözlərinə görə, “ən vacib valyuta itirilib, bu, inamdır. Və etibardır. Bu, o deməkdir ki, bu gün sərt müzakirələr olacaq və nəyin bahasına olursa-olsun razılaşma əldə edilməyəcək”. /”Azadlıq” radiosu

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024