Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (11-07-2015, 18:20)
İranın taleyi 72 saat içində həll oluna bilər

İranın taleyi 72 saat içində həll oluna bilər

 

İranın nüvə proqramına dair Vyanada çox ləng və ağır davam edən danışıqların müddəti son həftədə artıq üçüncü dəfə - bazar ertəsinədək uzadılıb.

Beləliklə, İran və dünyanın aparıcı gücləri arasında saziş 72 saatdan sonra nəhayət ki, imzalana bilər.
İran P5+1 adlanan Qərb ölkələrindən, Rusiya və Çindən ibarət qrupu danışıqların gedişində yeni əngəllər yasratmaqda günahlandırır.

Britaniyanın xarici işlər naziri Filip Hammond danışıqları “ağrılı şəkildə ləng” adlandırıb. Fransanın xarici işlər naziri Loren Fabius isə Vyananı bir günlüyə tərk edərək Parisə yollanıb.

ABŞ Konqresinin qoyduğu möhləti pozmalı olan Amerika və Avropa İttifaqı rəsmiləri bildiriblər ki, onlar İran üzərindən sanksiyaların qaldırılmasını bazar ertəsinədək ləngitməli olacaqlar.

İran və 6 ölkə - Britaniya, Çin, Fransa, Almaniya, Rusiya və ABŞ Tehranın nüvə proqramının hüdudları barəsində 12 ildir ki, davam edən mübahisəni çözməyə çalışırlar. Bu danışıqların nəticəsi olaraq İran özünün nüvə fəaliyyətini xeyli azaltmalı, Qərb isə bunun müqabilində Tehran üzərindən boğucu sanksiyalarını qaldırmalıdır.

Hazırda sazişin imzalanması yolunda mövcud əngəllərdən biri də İran üzərindən BMT-nin silah embarqosunun qaldırılmasıdır. Qərb bu sanksiyanın qalmasını istəyir.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib ki, danışıq aparan diplomatlar bu həftənin sonunu da Vyanada keçirməli olacaqlar və yaranmış fasiləyə görə məsuliyyət Qərbin üzərinə düşür.

İranlı nazir deyib ki, indi Qərb danışıqçıları ifrat kompromislərə nail olmaq istəyir.

F.Hammond deyib ki, danışıqçılar şənbə günü mövcud əngəllər barədə məsləhətləşmələr aparmalıdırlar.
Bunadək M.C.Zərif iki həftə ərzində ABŞ dövlət katibi Con Kerri ilə intensiv danışıqlarda olub.

Sözügedən saziş imzalanarsa, bu, Qərblə İran arasında 1979-cu ildən bəri ən böyük yaxınlaşma olacaq.
Ağ Ev bəyan edib ki, danışıq tərəflərinin mövqeləri heç vaxt indiki qədər yaxın olmayıb, lakin Vaşinqton sonsuzadək gözləmək niyyətində deyil.

Çinin rəsmi “Sinxua” agentliyi diplomatik mənbələrə istinadən bildirir ki, İranla Qərb arasında Tehranın keçmiş nüvə fəaliyyətinə dair fikir ixtilafı demək olar çözülüb. Agentlik bunu da bildirir ki, İran öz nüvə proqramını əhəmiyyətli dərəcədə qısmağa razıdır.

Danışıqçılar ABŞ Konqresinin ötən cüməyədək qoyduğu möhlətə əməl edə bilməyiblər. Əgər saziş əldə olunsaydı, Konqres 30 gün ərzində bu sənədi nəzərdən keçirəcəkdi. İndi isə sentyabrın 7-dək təqdim olunacaq hər hansı sazişə baxılması üçün 60 gün lazım gələcək.

ABŞ rəsmiləri narahatdırlar ki, 60 günlük müddət yeni əngəllər doğura bilər.

Ötən cümə axşamı Con Kerri müxbirlərə demişdi ki, ABŞ-in səbri tükənmək üzrədir və əgər ciddi qərarlar qəbul edilməzsə, Vaşinqton prosesə son qoymağa tamamilə hazırdır.

İran ali rəhbərinin müşaviri Əli Əkbər Vilayəti C.Kerrinin bu açıqlamasını “ABŞ-ın psixoloji müharibəsinin bir hissəsi” adlandırıb.

Adımının çəkilməsini istəməyən başqa bir İran rəsmisi isə deyib ki, “çox təəssüf indi bütün danışıqçıların öz qırmızı xətti var” 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024