Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (29-04-2015, 17:45)
Varlı ermənilər orduya getməyəcək

Ermənistan ordusu əsgərlikdən qaçanların pulu ilə təchiz ediləcək

 

Ermənistan parlamentində qəbul edilmiş yeni qərar bu ildə varlı ermənilərin balalarının əsgərlikdən yayınmasına yardım edəcək. 
Buna dünən parlamentdə "Mövcud qaydanın pozuntusu ilə icbari hərbi xidmət keçməyən vətəndaşlar haqqında" qanuna edilmiş düzəliş imkan verir. Beləliklə qanunun qüvvədə qaldığı müddət daha bir il uzudılıb. 
Qanuna görə, 27 yaşına qədər hərbi xidmətdən yayınaraq xaricdə qalmış Ermənistan vətəndaşları geri qayıdarkən müəyyən pul ödəməklə cinayət məsuliyyətindən yaxa qurtara bilərlər. Ermənistan diaspora naziri Hranuş Akopyan qanunu çox yararlı sayıb. Onun fikrincə, bu, həm ermənilərin geri qayıtmasına imkan yaradır, həm də müəyyən maddi imkan yaradır. Əldə edilən pul xüsusi hesaba köçürülərək ordunun maddi-texniki təchizatına yönəldilir. 
2013-cü ildə də həmin hesaba 801 milyon 230 min dram (təxminən 2 milyon dollar) daxil olub. Geri qayıdan şəxs minimum əmək haqqının təxminən 100 mislini ödədikdən sonra cinayət məsuliyyətindən yaxa qurtarır. Həmin vaxt Ermənistanda minimum əmək haqqı 45 min dram olub. Yəni təxminən 200-ə yaxın erməni gənci adambaşına 10 min dollara yaxın vəsait ödəyərək cinayət məsuiləyyətindən yaxa qurtara bilib. 
Ermənistan ordusuna isə ildə ən azı 20 min yeni hərbçi lazımdır. Bu minvalla hər 100 ermənidən biri pul verib canını qurtara biləcək. Qalanlarının isə qarşısında iki yol var - nisbətən imkanlılar təyyarəyə bilet pulu tapan kimi aradan çıxıb ölkəni birdəfəlik tərk edəcəklər, imkansızların isə işğal edilmiş Azərbaycan torpağına göndərilərək qəfil güllədən ölməkdən başqa şansı qalmır.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024