Dünya (19-04-2015, 18:15)
3 ömürü yarıda qoyan gənc - FACİƏ
Türkiyədə nişanı qaytarılan gənc çıxış yolunu qətliamda görüb.
Mediatv.az-ın məlumatına görə, Manisa vilayətinin Soma rayonunda özəl bir mədən ocağında fəhləlik edən Özgür Çoban 24 fevralda sevdiyi Özləm Yenerlə nişanlanıb.
Cütlük evlilik hazırlığında olarkən qohumlar arasında narazılıqlar yaranıb. Bir-birlərini başa düşmədiklərini bildirən oğlan və qız adamları nişanı pozmağa qərar verirlər və hər iki tərəf qərarı qəbul edir.
Nişanın pozulmasını qəbul etməyən Özgür Çoban avtomobil kirayələyir və Özləm Yenergilin evlərinə doğru yola çıxır. Yolda nişanlısı və ailəsinin avtomobilini görən Çoban öz maşını ilə onların qabağını kəsir.
Evdən götürdüyü tüfənğlə keçmiş nişanlısını və onun atası Şaban Yeneri maşından düşürərək güllələyir. Sonra isə özünü vuraraq intihar edir.
Hər üçü aldıqları güllə yarasından hadisə yerində dünyalarını dəyişiblər.