Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (18-10-2014, 13:58)
İŞİD-in hücum gücünün sirri – ANALİZ

Radikal qruplaşma Səddam Hüseyn ordusunun tör-töküntülərini öz tərəfinə çəkib, savaşın uzanması ehtimalları artır

 

Bir aydan artıq Kobaniyə hücumu davam etdirən İŞİD şəhəri ala bilmədən geri çəkilir. Oktyabrın əvvəllərində hətta şəhərin 30 faizini ələ keçirən İŞİD yaraqlıları koalisiya qüvvələrinin sürəkli bombardmanları və kürd silahlılarının müqavimətindən sonra geri çəkilirlər. Son məlumatlara görə, İŞİD Kobanidə 1294 nəfər döyüşçü itirib. Ancaq bütün bunlara baxmayaraq hələ də Kobaninin 20 faizi İŞİD-in nəzarətindədir, o cümlədən ətraf kəndlər də yaraqlıların əlindədir.

 

İŞİD yaraqlıları Bağdadın 40 kilometrliyində yerləşən Ramadi şəhərini mühasirəyə alıb

 

Nə qədər qəribə də olsa Kobanidəki uğursuzluğun fonunda İŞİD qüvvələri İraqda hücumlarını davam etdirirlər. Son 3 gündə İraqın ən böyük əyalətlərindən biri olan Ənbarda hücumları davam etdirən İŞİD yaraqlıları əyalət ərazisinin 80 faizini ələ keçirib. Hazırda İŞİD yaraqlıları Bağdadın 40 kilometrliyində yerləşən Ramadi şəhərini mühasirəyə alıb. Yerli hökumət Ramadi şəhərində küçəyə çıxmağa yasaq qoyub.

 

Mehzəm bölgəsi İŞİD-çilərdən təmizlənib

 

Hazırda İraqın Ramadi, Fəluccə kimi bölgələrində hökumət qüvvələri ilə İŞİD döyüşçüləri arasında toqquşmalar davam edir. Cümə günü İraq ordusu Səlahəddin əyalətinin Mehzəm bölgəsini İŞİD-dən təmizlədiyini elan edib. Əməliyyatlara rəhbərlik edən İraq ordusu generalı Əbdülvəhhab əl-Səidi mətbuata açıqlamasında bildirib ki, şiə könüllülərinin "əl-Həşd əş-Şabiyə” cəmiyyətinə bağlı döyüşçü dəstələri beynəlxalq koalisiyanın hava zərbələrinin yardımı ilə Tikrit və Beyci şəhərləri arasında yerləşən Mehzəm bölgəsini İŞİD-çilərdən təmizləyib.

 

Beynəlxalq koalisiyanın faydası hiss olunmur... Ehtimal olunur ki, Səddam Hüseyn ordusunda hərbi pilot olmuş zabitlər İŞİD üzvlərinə hərbi təyyarə idarə etməyi öyrədir


Səlahəddin əyalətinin valisi İbrahim əl-Cuburi isə bildirib ki, beynəlxalq koalisiyanın dəstəyi ilə İraq ordusu Tikrit və Beyci şəhərlərinin şimal bölgələrini İŞİD-dən təmizləmək üçün genişmiqyaslı əməliyyatlara başlayıb. Ancaq əməliyyatların gedişi çox sürətlə dəyişir və hər gün az qala sürpriz olayların yaşandığını nəzərə alanda durumun heç də düzəlməyə doğru getmədiyini qeyd etmək olar. Doğrudur, İŞİD Kobanidə zərbə aldı və şəhəri bir aylıq hücum əməliyyatlarından sonra ələ keçirə bilmədi. Ancaq nə qədər gözlənilməz olsa da, havadan hər gün bombalanan və ağır zərbələr alan İŞİD bir neçə istiqamətdə hücum əməliyyatlarını davam etdirir. Suriya ərazisində yerli islamçı müxaliflər, kürd birlikləri və hökumət qüvvələri ilə savaşan İŞİD, İraq ərazisində hökumət qüvvələri, kürd muxtariyyətinin peşmərgələri və könüllü hərbi qruplaşmalarla eyni anda savaşır və hücum vəziyyətində olmağı bacarır. Cümə günü isə yerli mənbələr Suriyanın Hələb şəhəri yaxınlığında yerləşən İŞİD-in əlində olan hərbi bazadan 3 təyyarənin təlim uçuşları həyata keçirdiyi haqda məlumat yayıblar. Ehtimal olunur ki, Səddam Hüseyn ordusunda hərbi pilot olmuş zabitlər İŞİD üzvlərinə hərbi təyyarə idarə etməyi öyrədir.


Bu məlumatın özü bir həqiqəti üzə çıxarır. İŞİD daxilində böyük sayda Səddam Hüseyn ordusu zabitləri və tərəfdarları var. İraqın işğalından sonra faktiki olaraq işsiz və avara qalan Səddam hərbçiləri həm qisas almaq, həm də var-dövlət qazanmaq üçün İŞİD-ə qoşulub. Bu fakt daha əvvəl də məlum idi və S.Hüseynin qızı bəyanat verərək İŞİD-ə qoşulduğunu bəyan etmişdi. İŞİD ordusunu İraqda və Suriyada güclü edən məhz S.Hüseyn ordusunun qalıqlarıdır. Uzun illər hərbi təcrübəsi və peşəkarlığı olan bu zabitlər yerli şəraiti yaxşı bilməklə yanaşı, ərazilərə bələd olaraq uğurlu əməliyyatlar qura bilirlər.

Bu mənada İraqda başladılan savaşın hələ bir müddət davam edəcəyi, yerli xalqlar üçün ciddi imtahan olacağı aydındır. İraq hökumətinin ölkədə milli birlik istiqamətində atdığı addımların müəyyən nəticələr verməsi, eyni zamanda İŞİD-in məqsədlərinin ifşa olunması bu problemin aradan qaldırılmasında əsas vasitə olacaq. Bunun üçünsə müəyyən zaman tələb olunacaq.

 

 

Birlik İnformasiya Mərkəzinin analitik şöbəsi

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024