Dünya (19-03-2015, 17:02)
Erməni lider: Bizi türklər qurtaracaq
Jirayr Liparityan ermənilərin xarici siyasətini kəskin tənqid edib
"Ermənistan Türkiyəni duelə çağırır, halbuki bizim müstəqilliyimiz üçün Rusiya təhlükəsi var."
Ans press-in məlumatına görə, bunu 1994-97-ci illərdə Ermənistan prezidentinin baş məsləhətçisi Jirayr Liparityan bildirib.
"Biz SSRİ-dən ayrılaraq müstəqilliyimizə qovuşmuşuq. Ancaq özümüzü elə aparırıq sanki Türkiyənin tərkibindən çıxmışıq. Xarici siyasətimizində əsas xətti Türkiyəyə əlcək atmaq üzərində qurmuşuq. Ancaq bizim süverenliyimiz üçün Rusiya təhlükəsi var. Biz kiçik addımlarla Rusiyaya öz müstəqilliyimizi təhvil veririk. Bu cür siyasət yürütmək olmaz", - deyə Liparityan bildirib.
ABŞ-ın Miçiqan universitetinin professoru Ermənistan hakimiyyətini qondarma erməni soyqırımının təbliğatı baxımından çox canfəşanlıq etməkdə də günahlandırıb.
"100 illik tədbirlər keçirmək fikrindənsə hakimiyyət xalqa, dövlətçiliyə qoyduğu hörməti bir qədər artırsa daha yaxşı olar. Bu cür siyasət yürütmək bizim əhalinin indiki həyatına mənfi təsir edir. Məsələlərə bu cür köndələn yanaşmaq bizim əlehyimizədir", - deyə erməni professor bildirib.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024