Dünya (9-08-2024, 20:37)
“Ukrayna Rusiyaya sürpriz təqdim edib” - ISW
Kiyevin Rusiyanın Kursk vilayətinə hərbi müdaxiləsinə Moskvanın əlaqələndirilmiş cavabının olmaması və irəliləmənin sürəti Ukrayna qüvvələrinin əməliyyat sürprizinə nail ola bildiyini göstərir.
ABŞ-nin “Müharibənin araşdırılması institutunun (ISW)” hesabatında bildirilir ki, Ukraynanın avqustun 6-da Rusiyanın Kursk vilayətində başlayan transsərhəd mexanikləşdirilmiş hücum əməliyyatı davam edir. Qurum Ukrayna qüvvələrinin əməliyyat təhlükəsizliyinə xələl gətirməmək üçün bu əməliyyatın niyyətləri ilə bağlı qiymətləndirmə aparmayacağını bildirib.
İnstitutun analitikləri Kremlin, demək olar ki, Ukrayna qoşunları tərəfindən ələ keçirilən Kursk bölgəsindəki Rusiya ərazisini geri almağa və Ukraynanın fəaliyyətini dayandırmağa çalışacağını qeyd edirəlr. Çünki Ukrayna hərbçilərinin Rusiyanın dərinliklərinə əhəmiyyətli dərəcədə irəliləməsi Rusiya prezidenti Vladimir Putinin “Rusiyanın sabitliyi, təhlükəsizliyi və geosiyasi dirçəlişi” iddialarının möhkəmləndirilməsinə yönəlmiş çoxillik səylərinə strateji zərbə olacaq.
“Putin çox güman ki, Rusiya ictimaiyyətini vəziyyətin nəzarət altında olduğuna inandırmaq və əhəmiyyətli daxili narazılığın qarşısını almaq üçün mülki şəxslərin üzləşdiyi təhdidlərə reaksiya verməli olduğunu düşünür”, - hesabtda deyilir.
İcmalda Ukrayna rəsmilərinin hələlik Kursk vilayətində davam edən əməliyyatı birbaşa şərh etmədiklərinə də diqqət yetirilib. Yalnız Ukrayna prezidenti Volodimir Zelenski dünən deyib ki, Rusiya Ukraynaya müharibə gətirib və bunun cavabında nə törətdiyini hiss etməlidir.
- Ukraynanın Kursk bölgəsinin işğalına Rusiyanın əlaqələndirilmiş reaksiyasının olmaması və Ukrayna qoşunlarının irəliləməsinin sürəti göstərir ki, Ukrayna qüvvələri Rusiya ilə sərhəddə operativ sürprizə nail ola bilib”, - intitutun analitikləri belə qənaətə gəliblər.
ISW-nin dərc etdiyi sənəddə geolokasiya araşdırmalarının və Rusiyanın açıqlamalarının Ukrayna qoşunlarının avqustun 8-də Kursk vilayətinin dərinliklərinə doğru sürətlə irəliləyişini davam etdirdiyini və onların Sumı vilayəti ilə beynəlxalq sərhədin 35 kilometrliyində olduğunu göstərdiyi bildirilir. Lakin Ukrayna qüvvələri sözsüz ki, bütün bu əraziyə nəzarət etmir.
Bu arada Almaniyanın “Bild” qəzetinin hərbi şərhçisi Yulian Röpke Kiyevin Rusiyanın Kursk vilayətində ələ keçirdiyi əraziləri Ukraynanın Xarkov vilayətində Moskvanın nəzarəti altında olan ərazilərlə dəyişə biləcəyini söyləyib.
Onun məlumatına görə, son 24 saat ərzində Ukrayna Silahlı Qüvvələri Kursk vilayətində daha səkkiz kəndi, o cümlədən Sudjanın qərbindəki Qonçarovkanı ələ keçirib.
“Bu gün şahidi olduqlarımdan belə görünür ki, Ukrayna ordusu yaxın günlərdə Sucanı ələ keçirəcək və hətta onu qeyri-müəyyən müddət ərzində saxlaya biləcək. Əgər bu baş verərsə, Kiyev onu Xarkov vilayətinin Rusiya tərəfindən işğal olunmuş ərazilərinə dəyişdirə və ya hətta gələcək danışıqlarda sövdələşmə üçün saxlaya bilər”, - Röpke bildirib.
AzVision.az
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024