Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (8-08-2024, 08:39)
Ukrayna savaşı Rusiyanın ərazisinə daşıyır..

Ukrayna savaşı Rusiyanın ərazisinə daşıyır...
Ukrayna ordusu Kurska hücum etməklə müharibəni Rusiya ərazisinə daşımaq taktikasında ciddi irəliləyiş əldə etdi: bu, müharibənin başlandığı 2022-ci ildən bəri Rusiya ərazisinə ən böyük müdaxilədir və davamlı olacağı ehtimalı ön plandadır, çünki belə bir taktika Kiyev üçün “çıxış yolu” ola bilər.
a) Ukrayna uğursuzluğu kompensasiya edir;
Ukraynanın ötən il planlaşdırılan “böyük əks-hücum əməliyyatı” faktiki uğursuzluğa düçar oldu və irəliləyə bilmək perspektivi zəif görünür. Ələ keçirdikləri bölgələrdə möhkəmlənərək, müdafiə olunan tərəfə çevrilən ruslar yeni ərazilərin işğalını da davam etdirirlər (İyunun 14-dən indiyə qədər 420 kvadratkilometr ərazini ələ keçirdikləri iddia olunur). Kiyev döyüşləri Rusiya ərazisinə köçürməklə cəbhədəki uğursuzluğu kompensasiya edir, həm də kiçik qələbələrlə ordunu ruhlandırır;
b) Kiyev danışıqlar gözləntisini dağıdır və “diqqəti” üzərinə çəkir;
Ukraynaya F-16-lar verilsə də, yaxın perspektivdə danışıqlar masasına əyləşməsi üçün Kiyevə təzyiqlərin ediləcəyi, yaxud ən yaxşı halda “diqqətdən kənarda” qala biləcəyi istisna edilməməlidir.
Birincisi, ABŞ-dakı seçki yarışı və Trampın mümkün qayıdışı Ukrayna üçün Rusiya ilə mübarizə perspektivini dumanlı edir;
İkincisi, İran-İsrail gərginliyi diqqəti Yaxın Şərqə yönəldir və mümkün ikinci cəbhə ssenarisində Vaşinqton birinci cəbhədən - Ukraynadan uzaqlaşa bilər;
- Ən yaxşı halda Ukraynada müharibəni “dondura” bilərlər;
- Ən pis halda Kiyevi Moskva ilə danışıqlara itələyəcəklər: ABŞ-ın Yaxın Şərqdə vəziyyətə nəzarət üçün Rusiya ilə də “əməkdaşlıq” etməsi mümkün variantlardandır;
Hər iki halda Ukrayna təhlükə ilə üzləşə bilər. Və Rusiya ərazisinə hücum etməklə riskli gediş edir: mümkün danışıqlar perspektivini sıradan çıxarır, müharibə “alovunu” səngiməyə qoymayaraq, diqqəti üzərinə çəkir və döyüşlərin arealını genişləndirməklə, Qərb-Rusiya qarşıdurmasını da kəskinləşdirməyə çalışır;
Kiyevi narahat edən məqamlar var: Vaşinqton-Moskva xəttində təmasların yarandığı (məhbus mübadiləsi sonuncu nümunələrdəndir) və Ukraynada toqquşan hər iki tərəfin Yaxın Şərqə görə “qılıncları qınına qoyması” ehtimalları var. Ukraynanın Rusiya ərazisinə hücumunun bu ehtimalları arxa plana keçirməyə hesablandığı mümkün variantlardandır. Və eyni taktikanın genişləndiriləcəyi gözləniləndir.

Asif Nərimanlı 
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
9 09 2024
9 09 2024
9 09 2024
9 09 2024
9 09 2024
9 09 2024
9 09 2024
9 09 2024
9 09 2024
9 09 2024
9 09 2024
9 09 2024
9 09 2024
9 09 2024
9 09 2024
9 09 2024
9 09 2024
9 09 2024
8 09 2024
8 09 2024
8 09 2024
8 09 2024
8 09 2024
8 09 2024
8 09 2024
7 09 2024
7 09 2024
7 09 2024
7 09 2024
7 09 2024