Dünya (11-05-2024, 12:14)
Paşinyanı devirmək üçün maliyyəni Avropa İttifaqı ayırır? - YOXSA RUSİYA?
"Paşinyanı devirmək arzusu Rusiyanın adı ilə hallandırılsa da, onu devirmək üçün maliyyəni faktiki olaraq Avropa İttifaqı ayırır".
Musavat.com bildirir ki, bu sözləri politoloq Yeganə Hacıyeva bildirib.
Politoloq bu günlərdə sosial şəbəkələrin erməni seqmentində və teleqram kanallarında Tavuş vilayətinin Kirants (Xeyrimli) kəndi ərazisində azərbaycanlı hərbçinin olduğu iddia olunan şəkilin paylaşılmasına diqqət çəkərək, qeyd edib:
"Həmin hərbçinin Azərbaycan xüsusi təyinatlılarının mənsubu olduğu iddia edilirdi. Görüntülərlə əlaqədar Ermənistan Müdafiə Nazirliyi açıqlama yaydı və Kirants-Xeyrimli kəndində Azərbaycan xüsusi təyinatlılarının olması barədə yayılanları təkzib etdi ki, videoda yer alan şəxs Ermənistan xüsusi təyinatlı bölmələrinin hərbi qulluqçusudur.
Ermənistan mediasında kiçik bir monitorinq “Kirants (Xeyrimli) kəndində Azərbaycan xüsusi təyinatlılarının olması” haqda təbliğatı Avropa İttifaqı donor qaynaqlarından maliyyələşən media təsisatların aparması faktını aşkar etdi. Aydın məsələdir ki, Ermənistan Azərbaycan sərhədlərində gedən, iki ölkə arasında pozitiv məqamlara yola açan kövrək proseslər Aİ-nin bir sıra ölkələrinin ürəyincə deyil.
Aprelin 19-da Azərbaycan və Ermənistan arasında sərhəddə iki ölkə arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiyanın əldə etdiyi 4 kəndin Azərbaycana qaytarılması barədə razılıq regionda bəzi planları pozub. Kirants (Xeyrimlidə) “Azərbaycan xüsusi təyinatlı əsgəri" dezinformasiyası da bu kövrək prosesi sabotaj etmək üçün, revanşist qruplara Paşinyan hökümətinə qarşı arqument olaraq istifadə olunması üçün ortaya atılmış informasiya təxribatıdır.
Son iki ayda Avropa İttifaqının bir sıra donor təşkilatları Ermənistanda siyasi, radikal, dini təmayüllü QHT və KİV-lərə az qala 2018-ci ildə meydan proseslərinə ayırdığı maliyyə qədər qrant ayırıb. Prosesin ilk iki günündə hərbiçilərin iştirakı isə ABŞ-Ermənistan birgə hərbi məsləhətləşmə qrupunun üzvü olan erməni hərbiçilər tərəfindən kurasiya edilib. Beləliklə, Paşinyanı devirmək arzusu Rusiyanın adı ilə hallandırılsa da, onu devirmək üçün faktiki maliyyəni Avropa İttifaqı ayırır".
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024