Dünya (9-05-2024, 03:53)
“Ermənistanın sərhədyanı bölgələrindən Rusiya sərhədçilərinin çıxarılması razılaşdırıldı”
Xəbər verdiyimiz kimi, ötən gün Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb. Görüşdə Rusiya sərhədçilərinin Ermənistanın paytaxtı İrəvandakı “Zvartnots” hava limanını, eyni zamanda bu ölkənin Sünik, Vayots Dzor, Geğarkunik, Ararat, Tavuşdakı məntəqələrini tərk etməsi razılaşdırılıb.
Mediatv.az xəbər verir ki, bu barədə "Baqramyan 26" teleqram kanalında məlumat yayılıb.
Bildirilib ki, liderlər arasında danışıqlar uğurla nəticələnib:
"Daha əvvəl bildirildiyi kimi, Rusiya sərhədçilərinin “Zvartnots” hava limanında xidmət etməyəcəyi barədə razılıq əldə olunmuşdu. Bundan başqa, Rusiya hərbçiləri 44 günlük müharibədən sonra şifahi razılaşma əsasında yerləşdikləri Sünik, Vayots Dzor, Geğarkunik, Ararat, Tavuşdakı məntəqələrini tərk edəcəklər”.
Xatırladaq ki, aprelin 20-də Nikol Paşinyan Rusiya sərhədçilərinin Tavuşdakı postları tərk edəcəklərini açıqlamışdı. Sonra isə Rusiya sərhədçilərinin avqust ayında "Zvartnots" hava limanından çıxacaqlarını bildirmişdi.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024