Dünya (25-02-2015, 16:18)
Putinlə hətərən-pətərən danışan jurnalist reanimasiyaya düşdü
Ötən ilin dekabrında Rusiya prezidenti Vladimir Putinin keçirdiyi ənənəvi illik mətbuat konfransı zamanı ona kvas haqda sual verən, ancaq dili topuq çalan və xeyli kəkələyən jurnalist reanimasiyaya düşüb
Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Kirov vilayətində nəşr edilən “Reportyor” qəzetinin əməkdaşı olan Vladimir Mamatov böyük dozada alkaqolu dərmanla eyni vaxtda qəbul edib. Nəticədə o, huşunu itirib ağır vəziyyətdə xəstəxanaya aparılıb. Qohumlarının dediyinə görə jurnalist spirtli içki ilə eyni vaxtda bir flakon korvalol və bir neçə tablet fenobarbital qəbul edib. Lakin bu heç bir halda intihar cəhdi deyil, Mamatov alkaqoldan daha çox ləzzət almaq üçün bunu edib.
Lakin jurnalistin arvadı Nadejda ayrı versiya deyib və bildirib ki, ərinin vəziyyəti qəfil pisləşib. “Evdə oturmuşduq, televizora baxırdıq, birdən vəziyyəti pisləşdi, huşunu itirdi”-o, bildirib. Həkimlərin dediyinə görə jurnalistin vəziyyəti ağırdır, ancaq stabildir.
Mamatov Putinə Kirov vilayətində istehsal edilən “Vyatsk kvası” haqda sual vermişdi və bildirmişdi ki, prezident yerli spirtisiz içki istehsalına dəstək vermək üçün nə edə bilər. Putin isə dili topuq çalan jurnalistin sərxoş olduğuna eyham vuraraq onu lağa qoymuşdu, daha sonra onun sualına ciddi cavab verərək yerli istehsalın dəstəklənməsinin vacibliyindən danışmışdı. Həmkarları isə daha sonra bildirmişdilər ki, Mamatov əslində mətbuat konfransı zamanı sərxoş olmayıb. O, bir neçə dəfə insult keçirtdiyi üçün nitq qabiliyyətində qüsur yaranıb.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024