Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (21-12-2023, 09:12)
Putin Türkiyəyə hazırlaşır: “İstanbul masası” aktivləşəcək?

 Ukrayna və Rusiya arasında İstanbul danışıqlarının bərpası hər zaman gündəmdədir. Cənab Ərdoğanın danışıqlarla bağlı son təklifi və Putinin Türkiyəyə səfərinə hazırlıq Ankaranın həm Ukrayna, həm də digər məsələlərdə oynadığı strateji rolun göstəricisidir.
Bu sözləri Mediatv.az-a Türkiyə lideri Ərdoğanın Ukrayna münaqişəsinin həlli ilə əlaqədar İstanbul danışıqlarının bərpasına çağırışı barədə danışan Türkiyənin Sütçü İmam Universitetinin Siyasi elmlər və beynəlxalq münasibətlər kafedrasının müdiri, professor Toğrul İsmayıl deyib.
Professor sülh danışıqlarının başlamasının yalnız tərəflərdən deyil, eyni zamanda bir sıra kənar faktorlardan da asılı olduğunu vurğulayıb:
“İstanbul danışıqları başlayan zaman tərəflər sülhə indikindən daha yaxın idilər. Ancaq Qərb vəziyyətin daha da gərginləşməsini istədiyi üçün prosesin uğurla nəticələnməsinə müəyyən əngəllər yaratdı. İndi prosesin yenidən başlaması üçün tərəflərin nə istədiyini yaxşı bilməsi və siyasi iradə sərgiləməsi lazımdır. Bununla yanaşı, taxıl dəhlizi məsələsi qarşılıqlı etimadı gücləndirdiyinə görə danışıqlar prosesinə öz müsbət təsirini göstərirdi. Lakin Qərb burada da öz mənfəətini üstün tutdu, kasıb ölkələr dəhlizdən daşınan taxıldan yetərincə faydalana bilmədi. Fikrimcə, Türkiyədə əgər danışıqlar bərpa edilsə, taxıl dəhlizi ilə əlaqədar da müzakirələrin başlaması mümkündür. Kollektiv Qərbin də məsələyə münasibətinin, eyni zamanda, hazırda fərqli regionlarda gedən nüfuz savaşının gedişata böyük təsiri var. Prosesdə əsas məsələ isə Rusiyanın işğal edərək özünə birləşdirdiyi Ukrayna ərazilərinin taleyidir. Müharibə tərəflər üçün çoxlu sayda insan itkisi və külli miqdarda maddi ziyan deməkdir. Eyni zamanda sülh danışıqlarının nəticəsinin həm Moskva, həm də Kiyevin dövlət kimi imicinə, gələcəyinə, yeni qurulmaqda olan dünya düzənində tutacağı geosiyasi mövqeyə birbaşa təsiri olacaq. Ona görə də tərəflər hələlik sülh danışıqları ilə bağlı ehtiyatlı açıqlamalar verirlər”.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
31 10 2024