Dünya (20-02-2015, 16:29)
Barak Obama Vaşinqton sammitinə yekun vurub
ABŞ prezidenti "ekstremizmin saxta vədləri" və "İslamla heç bir əlaqəsi olmayan" terrorçu qruplaşmalarla mübarizə üçün dünyanın vətəndaş və dini liderlərini birliyə çağırıb
Barak Obama deyib ki, terrorizm yalnız hərbi yolla dayandırıla bilməz, beynəlxalq ictimaiyyət zorakı ekstremizmi təbliğ edənlərin qarşısını almalıdır.
ABŞ dövlət başçısı nüfuzlu müsəlmanlara müraciət edərək, onları qəddar ideologiyalardan uzaq durmağa çağırıb.
Prezident Obama terrorçu qruplaşmaların Qərbin islamla mübarizə apardığını deməsinin ağ yalan olduğunu bildirib. O, İŞİD-ə qarşı amansız mübarizənin davam etdiriləvəcəyinə söz verib.
ABŞ dövlət başçısı xristianlar və yəhudilərin müsəlmanlara qarşı müharibə apardığının həqiqətə uyğun olmadığını deyib.
Barak Obama sünnilərin şiələrə qarşı zorakılqıları da daxil edilməklə, təriqətlərarası münaqişələrə son qoyulmasının vacibliyini önə çəkib. O, hökumətləri insanları terrorçuların sıralarına qoşulmağa vadar edən yoxsulluq və təzyiqlərlə mübarizə aparmağa çağırıb.
ABŞ prezidentdən əvvəl çıxış edən BMT-in baş katibi Ban Gi Mun İŞİD və "Boko Haram" kimi qrupların zorakı əməllərinin beynəlxalq sülh və təhlükəsizliyə böyük bir hədə olduğunu deyib.
Vaşinqtonda zirvə görüşü Birləşmiş Ştatlar və müttəfiqlərin İraq və Suriyada İŞİD qrupunun gücləndiyi, Avstraliya, Kanada, Fransa və Danimarkada son zamanlar terror hücumların baş verdiyi vaxt keçirilir
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024