Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (4-05-2023, 15:35)
Türkiyəyə qarşı böyük təxribat: Savaş açdılar – “14 may ölüm-qalım tarixidir”

Türkiyəyə qarşı böyük təxribat: Savaş açdılar
Suriya və İraqdakı təmas xəttlərinə raket və sursat yığan PKK terror təşkilatı Türkiyədə keçiriləcək seçkilər öncəsi müxalifətin ortağı kimi çıxış edir. Təşkilat lideriləri açıq şəkildə müxalifətin namizədi Kamal Kılıçdaroğluna dəstək istəyirlər. Təşkilat militanları Avropada səs verməyə gələn Türkiyə vətəndaşlarına hücum edirlər. Ekspertlərin fikrincə, seçkiləri varlıq-yoxluq mübarizəsi kimi görən terror təşkilatı bir plan çərçivəsində qızışdırılır.

Mediatv.az  teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti yazır.

Keçmiş polis kəşfiyyatı rəhbəri Bülənt Orakoğlu PKK-ya Türkiyəni qarışdırmaq təlimatının verildiyini iddia edir. Orakoğlu təşkilatın “vətəndaş müharibəsi aparatı” kimi istifadə etməyə çalışdıqlarını deyir.

“Mövcud mənzərənin təşkilatçısı Kılıçdaroğludur. Terror cəbhəsinin bu qədər ərköyün olması həm xarici dinamika, həm də CHP sədrinin HDP-yə verdiyi vədlərlə bağlıdır. Qəndildəki baş terrorçular HDP, CHP və Millət İttifaqının digər üzvlərindən daha çox siyasətlə bağlı açıqlama verirlər və səs istəyirlər. Bu durumda belə milli təhlükəsizliyə, ölkənin bütövlüyünə qarşı çoxsaylı cinayətlər törədilir. Dövlət baş verənləri səbirlə izləyir və hesabını soruşacaq”, - keçmiş kəşfiyyatçı bildirir.

Orakoğlunun sözlərinə görə, “muxtariyyət və PKK-ya uyğun konstitusiya” kimi öhdəliklərin yer aldığı plan qlobal ünsürlər tərəfindən hazırlanıb və FETÖ bu planın gizli mövzularından biridir.

Yeni Yüzyıl Universitetinin rektoru, professor Yaşar Hacısalihoğlu imperial güclərin Türkiyəyə qarşı terror, iqtisadi və siyasi aparatlarla savaş açdıqlarını söyləyir:

“Bu səbəbdən daxili siyasətimiz Qərbin imperial güclərinin əsas xarici siyasət subyektinə çevrilib. Daxildəki uzantıları da bu qlobal mərkəzdəkilər 14 may seçkilərini ölüm-qalım tarixi kimi görürlər. HDP və ya Yaşıl Sol Partiyanın fəallığı bu mərkəzlərdən aldıqları vədlərlə bağlıdır”.

Professor CHP-nin bu güclərə bağlı mərkəzlərlə işbirliyində olduğunu iddia edir: “2010-cu ildə CHP rəhbərliyinin əl dəyişməsi ilə başlayan proje bu seçkilərlə ya pik nöqtəsinə çatacaq, ya da fiaskoya uğrayacaq”.

Hakim partiya – AKP-nin Avropa təşkilatının sədri Köksal Kuş PKK tərəfdarlarının aylardır baş terrorçu Abdullah Öcalanın plakatları ilə Avropa küçələrində seçki prosesini təxribata çəkmək üçün hər cür cəhd göstərirlər.

“Avropa ölkələri PKK təxribatlarına tamaşaçı olaraq qalır ki, Cümhur İttifaqına səs verilməsin. Onlar burada yaşayan 3.5 milyon türkə görə yox, bu ekstremist terror təşkilatına qarşı məsuliyyət hiss edirlər. Heç birimiz onlardan və əngəlləmə cəhdlərindən qorxmuruq”, - AKP rəsmisi vurğulayıb.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024