Dünya (14-01-2015, 16:26)
Ukrayna Ali Radasından dünyaya müraciət
Ukrayna Ali Radası Avropa İttifaqına, Avropa Parlamentinə, Avropa Şurası Parlament Assambleyasına, eləcə də ABŞ, Kanada, Avstraliya və Yaponiyaya müraciət edərək onları separatçı rejimlər - “Donetsk Xalq Respublikası” (DNR) və “Luqansk Xalq Respublikası”nı (LNR) terror təşkilatı kimi tanımağa çağırıb
APA-nın “112.ua” saytına istinadən verdiyi məlumata görə, müraciətdə Rusiyaya qarşı sanksiyaların davam etdirilməsi, Ukraynaya hərbi yardım və Rusiya təbliğatına qarşı birgə mübarizə barədə təkliflər də yer alıb.
Sənəddə yanvarın 13-də Ukraynanın şərqində, Donetsk vilayətinin Volnovaxa rayonunda baş vermiş faciə xatırladılır və “DNR” terrorçularının sərnişin avtobusunu raketlə vurması nəticəsində aralarında uşaqların da olduğu 10-dan çox dinc sakinin öldüyü, 15-dən artıq sakinin ağır yaralandığı bildirilir: “Dünya hər gün Donbassın işğal olunmuş ərazisində girova çevrilmiş Ukraynanın dinc vətəndaşlarının təməl insan haqlarının, beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasının şahidi olur. Sivilizasiyalı dünyanın Ukrayna xalqının bu faciəsini sakit şəkildə izləməyə haqqı yoxdur, təcavüzkarı sülhə məcbur etmək üçün maksimum səy göstərilməlidir. Onu yalnız bizim birgə müqavimət gücümüz, Avropa və dünyanın bütün demokratik dairələrinin Ukrayna ilə həmrəyliyi dayandıra bilər”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024