Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (13-01-2015, 14:32)
Prezidentin qardaşı həbs edildi- Azərbaycanla qaçaqmalçılıq əlaqələrinə görə...

Dağıstan prezidenti Ramazan Abutalıbovun qardaşı, Federal Miqrasiya Xidməti İdarəsinin rəhbəri Rəcəb Abutalıbov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. 

 

“Mediatv.az” “kavkazpress.ru”ya istinadən xəbər verir ki, hazırda prezidentin qardaşı haqda araşdırmaya başlanılıb.  “Böyük Alveç” ləqəbi ilə tanınan Abutalıbov  sifarişli qətllər, xüsusən də xarici ölkələrdən, o cümlədən Azərbaycandan Rusiyaya qaçaqmal yolu ilə spirt daşınmasında və digər fırıldaqlarda vasitəçi rol oynamaqda ittiham olunur. 

Məlum olub ki, Dərbənd şəhərinin “kriminal sahibi” kimi tanınan əslən azərbaycanlı Rafiq İdrisov (“Krot”) Rusiyada hazırlanmış adı ilə spirtin Azərbaycandan bu ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilməsi və sənədləşdirmə işlərinin aparılmasını həyata keçirib. 

“Krot” bunun üçün Rəcəb Abutalıbov da daxil olmaqla bir sıra məmurların yardımından istifadə edib və onlar arasında nüfuz qazanıb. İdrisov Abutalıbovun vasitəçiliyi ilə yaxın adamlarını yüksək vəzifələrə təyin etdirməyə də cəhd edib. 

Azərbaycandan Rusiyaya spirtin kontrabanda yolu ilə daşınması isə Nəriman Əliyev adlı şəxsə məxsus firma vasitəsilə həyata keçirilib. Əliyev qeyri-leqal əməliyyatla bağlı danışmaq istədiyini bildirdikdə isə İdrisov 2007-ci ildə Nərimanı və həyat yoldaşını qətlə yetirir. 

Rəsmi Moskva işin üstünü açdıqdan sonra Dağıstana istintaq briqadasını göndərir, bütün təşkilatçı və icraçılar saxlanılsa da “Krot” Azərbaycana oradan da İsrailə qaçmağa müvəffəq olur.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024