Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (9-01-2015, 18:10)
Telejurnalist həyat yoldaşı tərəfindən məhkəməyə verildi

Tanınmış telejurnalist, Qadın Jurnalistlər Birliyinin sədri Sevinc Osmanqızı haqqında açılan cinayət işinə reaksiya verib


Mediatv.AZ Lent.az-a istinadən xəbər verir ki, modern.az saytına verdiyi açıqlamada o, bu hadisədən təəssüfləndiyini vurğulayıb: "Belə bir təəssürat yaranır ki, mənə qarşı tələm-tələsik cinayət işi açmaq sifarişi verilib. Bu, çox təəssüf doğurur. Demokratik cəmiyyətdə plüralizmə, peşəkar jurnalistika prinsiplərinə dözümlülük olmalıdır. Azad mətbuat nümayəndələrini susdurmaq üçün inzibati resurslardan istifadə etmək yolverilməzdir.

Azərbaycan jurnalistikasında 20 ildən bəri külüng çalan biri kimi, bu, mənim üçün ağırdır. Mən həmişə vətənimlə fəxr etmişəm. Bu proseslər bizə yaraşmır və onlara son qoyulmalıdır".

Qeyd edək ki, Sevinc Osmanqızının keçmiş həyat yoldaşı Azər Xəlilovun iddiası əsasında ona qarşı Cinayət Məcəlləsinin 147 (böhtan atma) və 148-ci (təhqir etmə) maddələri ilə cinayət işi açılıb.

Bir neçə gün öncə Bakının Nərimanov rayon Məhkəməsində xüsusi ittiham qaydasında qaldırılan cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib. Prosesə hakim Məzahir Sadıqov sədrlik edir.

Sevinc Osmanqızı hazırda ABŞ-da yaşayır.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024