Cəmiyyət / Karusel (8-01-2015, 11:46)
Deputatlar qış tətilini harada və necə keçirir?
Onların əksəriyyəti hazırda iş başındadır...
Milli Məclisin üzvləri dekabrın 30-dan etibarən qış tətilinə çıxıblar. Tətil yanvarın 15-də başa çatacaq. Bir neçə deputatla əlaqə saxlayıb qış tətilini harada keçirəcəklərini soruşduq.
Milli Məclisin üzvü Zahid Oruc tətildə də iş başında olduğunu dedi: “Mən hazırda Bakıda iş başındayam. İstirahət etmək üçün harasa getməmişəm. Hər bir şəxs özünün parlament fəaliyyətini qurmaqda sərbəstdir. Bir aylıq müddət tətil dövrü sayılır. Əgər bu müddətdə kimsə Azərbaycanda və ya ondan kənarda istirahət edirsə, buna normal yanaşmaq lazımdır. Mən ümumiyyətlə, heç vaxt Yeni ili ölkə xaricində keçirməmişəm. Yanvarın 5-dən etibarən isə hamı kimi işə gəmişəm. Yazılarla, məqalələrlə çıxış etməkdəyəm. Eyni zamanda ictimai-siyasi problemlərə münasibətdə media ilə ünsiyyətimizi əvvəlki kimi qurmaqdayıq. Buna bənzər digər işlərimizi də həyata keçirməkdəyəm”.
Z.Oruc seçiciləri ilə də görüşdüyünü, onların problemləri ilə mütəmadi olaraq maraqlandığını bildirdi: “Mən əl çatan insanam. Mobil telefon nömrəm çox insanlarda var. Onlar ən müxtəlif məsələləri və problemləri mənə çatdıra bilirlər. Onlar üçün müəyyən zəhmətə qatlaşmalıyam. Sadə xalq dilində desək, qolu çırmalayıb işləməyi tələb edir. Bu sarıdan dekabrın 24-dən iki gün Bərdədə oldum, orada müxtəlif tədbirlərə qatıldım. Bənzər tədbirlərimiz qarşıda yenə də var. Bununla bərabər 2015-ci il üçün bir parlament üzvü kimi fəaliyyətimə bu gündən özümün yaratdığım vəzifələr seriyası, planı ilə daxil olmuşam. Motivim yüksəkdir, daxili iradəm isə kifayət qədər möhkəmdir”.
Deputat Fazil Mustafa Bakıda istirahət etdiyini dedi: “Ayın 24-də Avropa Şurasında tədbirimiz var. Ora yola düşəcəyəm. O vaxtadək də seçicilərimlə görüşəcəyəm. İstirahət üçün harasa getmək fikrim yoxdur. Yazılarım çox olduğu üçün tətildən istifadə edib yazı-pozu işlərimlə məşğul olacağam. Yeni ili də Bakıda öz bağımda keçirmişəm”.
Deputat Fəzail Ağamalı istirahət etmək üçün harasa getməyi planlaşdırsa da sonradan planının pozulduğunu söylədi: “Mən istirahət etmək üçün harasa getməyi planlaşdırmışdım. Amma ev daxilində problem yarandığı üçün gedə bilmədim. Hüzr düşdü, planımızı reallaşdıra bilmədik. Ona görə də qış tətilini Bakıda, bağda başa vurmaqdayam. Çalışacağam ki, bu ayın əvvəlində seçicilərimlə görüşüm.
Mənim seçicilərlə təmaslarım həm virtual olaraq, həm telefon xətti, həm də köməkçim vasitəsilə, sistematik şəkildə gedir. Zəruri hallarda özüm də gedirəm və görüşlər keçirirəm”.
Deputat Vahid Əhmədov Qubada olacağını bildirdi: “Seçicilərimlə görüşlərim, çoxlu işlərim var. İstirahət üçün harasa getmək fikrim yoxdur. Quba elə mənim üçün istirahət yeridir. Burada həm istirahət edirəm, həm də seçicilərimlə görüşürəm”.
Ümid Partiyasının sədri, deputata İqbal Ağazadə də iş başında olduğunu dedi: “Hazırda da iş başındayam. İstirahət etmək fikrim yoxdur. Seçicilərimlə görüşlərim olacaq”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024