Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (1-01-2015, 20:36)
"Mediaforum" saytı fəaliyyətini dayandırdı

"Mediaforum" saytı fəaliyyətini dayandırdı

 

Mediaforum saytı öz fəaliyyətini dayandırıb. 
Bu barədə sayt 31 dekabr saat 19.54-də oxucularını məlumatlandırıb. Arayış xarakterli məlumatda aşağıdakılar bildirilib: 
“Hörmətli oxucular!
“Media forum” saytının kollektivi məzuniyyətə buraxılıb.
Bu məcburi məzuniyyətin səbəbini izah etmək üçün öncə bildirmək istərdik ki, 2013 və 2014-cü illərdə ölkədə QHT qanunvericiliyinə bir sıra dəyişikliklər edilib. Həmin dəyişikliklərdən biri də qrant müqavilələrinin qeydiyyata alınması qaydası ilə bağlıdır. Yeni qaydaya görə, qeyri-kommersiya hüquqi şəxslər layihə həyata keçirərkən bağladıqları qrant müqavilələrini Ədliyyə Nazirliyində qeydə aldırmalı və nazirlikdən bunu təsdiqləyən müvafiq bildiriş almalıdır. Layihəsi qeydə alınmayan, yəni bildiriş ala bilməyən təşkilat qrant müqaviləsi üzrə bank əməliyyatı həyata keçirə bilməz.
Bu dəyişikliklər “Media forum” saytının da fəaliyyətinə təsirsiz ötüşməyib. Çünki “Media forum” saytı qeyri-kommersiya hüquqi şəxs olan “İnternyus Azərbaycan” İctimai Birliyinin layihəsidir. “İnternyus Azərbaycan” İctimai Birliyi yerli qeyri-hökumət təşkilatıdır, media layihələrini, o cümlədən “Media forum” layihəsini qrant müqavilələri əsasında reallaşdırır. “İnternyus Azərbaycan” İctimai Birliyi öz layihələri ilə bağlı qrant müqavilələrinə Ədliyyə Nazirliyindən bildiriş ala bilmədiyinə görə həmin layihələrin fəaliyyətini dondurmaq məcburiyyətində qalıb. “Media forum” saytının kollektivinin məzuniyyətə buraxılması bu məcburiyyətin tərkib hissəsidir”.
Məlumatda saytın öz fəaliyyətini nə zaman bərpa edəcəyi bildirilməyib. Amma saytın baş redaktor müavini Hikmət Sabiroğlunun bu məlumatın yayılmasından dəqiqələr öncə “Media forum”un adamları” başlıqlı köşə yazısı vida xarakteri daşıyırdı. Müəllif bu yazısında bu günə qədər sözügedən saytda çalışmış şəxslərlə bağlı xatirələrini paylaşıb. Bu isə saytın öz fəaliyyətini rəsmən dayandırması barədə təəssüratları möhkəmləndirir./müsavat.com/
шаблоны для dle 11.2

Xəbər lenti
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024