Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (22-11-2021, 14:23)
Məhkəmə prosesi zamanı nələr yaşandı...

Məhkəmə prosesi zamanı nələr yaşandı...

Xəbər verdiyimiz kimi kənd sakinlərinin bələdiyyə sədrinə məxsus olduğunu iddia etdikləri qanunsuz fəaliyyət göstərən balıq göllərinin, eyni zamanda bələdiyyə sədri barəsində iddia olunan digər məsələlərin araşdırılması üçün "Dogruxeber.az" informasiya agentliyinin baş redaktoru Kamal Əsgərov aidiyyəti qurumlara müraciət edib. Məhz buna görə də Daşkəsən rayon "Çanaqçı" kənd bələdiyyəsinin sədri Eyvaz Vəliyev baş redaktoru etik və əxlaqa zidd ifadələrlə təhqir etmişdir.

Baş redaktor Kamal Əsgərov isə ağır ifadələrlə şəxsiyyətinə toxunan bələdiyyə sədri Eyvaz Vəliyev barəsində məhkəməyə müraciət etmişdir.

DogruXeber.az

16.11.2021-ci il tarixində sözügedən məhkəmə prosesinin ilkin hazırlıq mərhələsi baş tutdu.

Məhkəmənin elə birinci mərhələsi onu göstərdi ki, Eyvaz Vəliyev nəinki səhvini anlamayıb, nəinki ifadələrindən peşman olmayıb, əksinə, agentliyimizdə haqqında güya "şər-böhtan" məlumatlar yazıldığını iddia edərək, özünə haqq qazandırmağa çalışdı.

Əvvəla Eyvaz Vəliyevin və onun tərəfdarlarının diqqətinə çatdırırıq ki, dərc edilən bütün iddialar agentliyimizin deyil, kənd sakinlərinin Eyvaz Vəliyev haqqında söylədikləri məlumatlardır. Bütün məlumatlar barəsində agentliyimiz tərəfindən aidiyyəti qurumlara müraciət edilməsi də məsələyə qeyri-peşəkarcasına, "kor-koranə" deyil, Kütləvi İnformasiya Vasitələri (KİV) haqqında qanunun müvafiq maddəsinə uyğun olaraq, məlumatların obyektiv araşdırılması və hüquqi həllini tapması üçündür.

"DogruXeber.az" informasiya agentliyi olaraq, şəxsiyyətindən və vəzifəsindən asılı olmayaraq, kimsəyə qarşı qərəzli deyilik, heç bir zaman, heç kimsənin şəxsiyyətinə toxunmuruq. Belə olan halda qanun var, məhkəmə var.

Şükürlər olsun hüquqi dövlətdə yaşayırıq.

Haqqında dərc edilən məlumatlar kimliyindən asılı olmayaraq, heç bir məmur, sahibkar, yaxud digər şəxslərə ixtiyar vermir ki, o medianı, jurnalisti təhqir etsin, şərəf və ləyaqətinə toxunsun.

Bunu təqribən 20-25 dəqiqə davam edən məhkəmə prosesi zamanı Daşkəsən rayon Məhkəməsinin sədri, hakim Azad Əliyev özü də vurğuladı.

İlkin mərhələdə hakim Azad Əliyev bələdiyyə sədrinə haqlı iradları, hər iki tərəfə tövsiyyələri və məsələyə obyektiv yanaşması bizdə inam yaratdı ki, baş redaktorun şərəf və ləyaqətini alçaltmaqla, pozulmuş hüquqları bu məhkəmədə bərpa ediləcək, eyni zamanda məsələyə ədalətli baxılacaq və qərar veriləcək. Hələlik, bu sadəcə bir ümiddir. Daşkəsən rayon məhkəməsinin nə dərəcədə ədalətli mövqedə olması dekabr ayının 7-də keçiriləcək növbəti məhkəmə prosesində bəlli olacaq.

Bu məhkəmə bəzi həmkarlarımızın da vurğuladığı kimi, mətbuatın məhkəməsidir. Odur ki, sözügedən məhkəmə prosesinin nəticəsini bizim qədər gözləyən, izləyən hər kəsin diqqətinə çatdıracağıq
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024