Cəmiyyət (3-12-2014, 10:58)
“Qardaşımın vəziyyətinin mənə dəxli yoxdur”
Mehman Hüseynov: “Mənə qarşı təzyiqlərin əsasında Emin Hüseynovu ələ keçirmək dayanmır”
Xəbər verdiyimiz kimi, dekabrın 1-də blogger Mehman Hüseynov yenidən saxlanılıb.
Bu dəfə küçədə və ya aeroportda yox, “Asan Xidmət”də olarkən polislər ona yaxınlaşıblar. Bloggerin şəxsiyyət vəsiqəsi əlindən alınıb.
“Yeni Müsavat”a açıqlamasında M.Hüseynov bu hadisənin detallarından danışdı. Onun sözlərinə görə, polislər ona yaxınlaşarkən şübhələniblər: “Şəxsiyyət vəsiqəmi yeniləmək üçün ”Asan Xidmət"ə baş vurub, 1 saylı Bakı ofisinə getdim. Vəsiqəmin vaxtı bitmişdi. Dekabrın 1-də getdim. Dedilər ki, 5 dəqiqə səbir edin, sənədlərinizi verəcəyik". 5 dəqiqə sonra polislər xidmətə daxil olub. Mehman Hüseynov öncə mərkəzin təhlükəsizlik xidmətinin otağına, ordan da Xətai rayon 37-ci polis bölməsinə aparılıb. Bölmədən bildiriblər ki, Mehman Hüseynovun şəxsiyyət vəsiqəsi və xarici pasportu etibarsızdır: "Soruşdum ki, məni vətəndaşlıqdan çıxarıblar, ya başqa problem var? Dedilər ki, bu, bizlik deyil. Sadəcə onu deyə bilərik ki, sənin bütün sənədlərin sıfırlanıb. Mən pasportumu “Asan Xidmət”ə təqdim etməmişdən əvvəl 7 il müddətində onu istifadə etmişəm. Keçən həftə bu sənədlərlə mən müəyyən əməliyyatlar aparmışam - bankda və sair. Mən bunu onlara dedim. Həmin vaxt mənə deyildi ki, sən bu 7 il müddətində qeyri-qanuni nələrsə etmisən".
M.Hüseynov bildirib ki, daha öncə ona DİN-dən göndərilən məktubda xarici pasportunun tam qanuni olduğu bildirilib. Amma Dövlət Sərhəd Xidməti bunun əksini iddia edir: “Bölmədən sənədlərin etibarsız olduğu deyilir. Mən havada qalmışam. Deyirlər ki, şəxsiyyət vəsiqən də yoxdur”.
Müsahibimiz “sizə qarşı bu təzyiq qardaşınız Emin Hüseynovu ələ keçirmək üçün ola bilərmi” sualına cavabda M.Hüseynov bildirdi ki, bu iki hadisə arasında heç bir əlaqə yoxdur. Onun sözlərinə görə, qardaşının bu məsələyə heç bir aidiyyəti yoxdur: “Onun vəziyyətinin mənə dəxli yoxdur. Hesab edirəm ki, mənə qarşı təzyiqdir. İnternetdə Sancaq satirik səhifəsini işlətdiyimə görə mənə dəfələrlə xəbərdarlıq edilib. Deyilib ki, ”onu dayandır, tənqidi yazma, biz də qarşılıqlı cavab verək". Vəd ediblər ki, onların dediyi kimi etsəm, məni ölkədən buraxacaqlar, məni incitməyəcəklər. Lakin mən onların hamısından imtina etmişəm. Çünki bu, mənim peşə fəaliyyətimdir. Normal ölkədə bunu edənlərə qarşı heç nə edilmir. Amma bunlar görürlər ki, mən dayanmıram, bu yollara baş vururlar".
M.Hüseynov 7 ildir pasportunun qeyri-qanuni olması ilə bağlı ona deyilənlərin hansısa iddia, hüquqi problemlə müşayiət olunacağını istisna edir. Onun fikrincə, bu, qırmızı xətti keçmək olar: “Məncə, bu yola əl atmazlar. Sadəcə öz aləmlərində məni başa salmaq üçün şəxsiyyət vəsiqəmin etibarsız olduğunu dedilər. Əgər bu doğrudursa, belə çıxır bütün dövlət müəssisələri saxtadır, öz işlərini bilmirlər. Çünki ondan bir neçə qurumda istifadə etmişəm”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024