Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (28-11-2014, 14:48)
Orxan Zeynalovun həbsxana görüntüləri - Video

Rusiya Ali Məhkəməsi bu gün keçirilən iclasında Moskva sakini Yeqor Şerbakovu qətlə yetirməkdə təqsirləndirilərək 17 il həbs cəzasına məhkum olunmuş Azərbaycan vətəndaşı Orxan Zeynalovun apellyasiya şikayətinə baxıb

 

Məhkəmə Zeynalovun günahkar olduğuna qərar verib.
ANS TV-nin Moskva bürosunun məlumatına görə, Ali Məhkəmədə baş tutan açıq iclasa Orxan Zeynalov həbsxanadan video bağlantıyla qatılıb. Onun üzünün tüklü olması və olduqca sakit davranışı diqqət çəkirdi. Amma iclas açıq olsa da Orxan Zeynalovın çıxışı zamanı mətbuat nümayəndələri zaldan çıxarıldı. Yalnız onun video müraciəti bitdikdən sonra jurnalistlərə müşahidələrini davam etdirməyə icazə verildi.
Məhkəmə prosesində Yeqor Şerbakovun atası və Orxan Zeynalovun vəkili Abbasmirzə Abdullayev də iştirak edirdi. İki saata yaxın davam edən prosesdən sonra hakim bu cinayətlə bağlı son qərarı açıqladı. Zeynalovun apellyasiya şikayəti təmin edilmədi. 17 illik həbs cəzası və Şerbakovun ailəsinə 3 mln. rubl təzminat ödənilməsi barədə hökm qüvvədə qaldı.
Orxan Zeynalovun vəkili Abbasmirzə Abdullayev: "Məhkəmə qərarını verdi. Bunu qeyd etmək istəyirəm ki, Orxan Zeynalov bu qərara qarşı artıq bundan sonra etiraz etməyi düşünmür. Biz vəkillər olaraq həqiqətin ortaya çıxması üçün əlimizdən gələni etdik. Hər şeyin Rusiya qanunlarına görə həll edilməsinə çalışdıq”.
2013-cü il oktyabrın 10-da Qərbi Biryulevo rayonunda baş vermiş qətl hadisəsi yerli əhalinin ayağa qalxmasına və qafqazlılar əleyhinə etiraz aksiyaları keçirilməsinə səbəb olmuşdu. Nəticədə Rusiya hüquq-mühafizə orqanları 400-ə yaxın adamı həbs etmişdi.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024