Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (23-11-2014, 21:15)
“Evimdə qolumu qandallayıb “bandotdel”ə apardılar...”

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakinləri - 1965-ci il təvəllüdlü Namiq Abbasov və 1969-cu il təvəllüdlü İlqar Əliyevin məhkəmə istintaqı yekunlaşıb. 

 

“Mediatv.az” virtualaz.org-a istinadən xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmə yolu ilə müəyyən edilib ki, əvvəllər məhkum edilmiş Namiq Abbasov tanışı İlqar Əliyev və digərləri ilə külli miqdarda narkotikin əldə edilməsi, saxlanması və satılması ilə məşğul olmaq barədə razılığa gəlib. N.Abbasov 2014-cü il fevral ayının əvvəllərində istintaqa məlum olmayan şəxsdən əldə etdiyi 465,163 qram tiryəki satmaq niyyəti ilə özündə saxlayıb. O, 2014-cü il, fevralın 26-da üstündəki 6,563 qram tiryəki Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsi, 13 nömrəli binanın yaxınlığında Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirində şərti alıcı qismində iştirak edən Zair İbrahimova satarkən saxlanılıb.

Baxış zamanı Namiq Abbasovun üzərindən əlavə olaraq 23,6 qram tiryək aşkar edilərək götürülüb.

Ertəsi gün İlqar Əliyevin yaşadığı Yasamal rayonu, Nərimanov prospekti, 122 saylı evə baxış keçirilərkən otaqdakı şkafdan qara rəngli sellofana bükülmüş 435 qram tiryək aşkar edilərək götürülüb.

Təqsirləndirilən şəxs qismində dindirilən Namiq Abbasov ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. N.Abbasov ifadəsində tanışı Zaur İbrahimovun ondan tiryək istədiyini, bunun üçün 30 manat verdiyini deyib. Təqsirləndirilən şəxsin ifadəsinə görə, aralarındakı razılığa əsasən tiryəkin bir hissəsindən birlikdə istifadə etməli, qalan iki hissəsini isə Zaur İbrahimov özü ilə aparmalı imiş: “Zaurdan pul alandan sonra Nərimanov prospektində İlqar Əliyevlə görüşüb 30 manat müqabilində üç büküm tiryək aldım. Narkotik vasitəni Zaura verəndən polis əməkdaşları məni yaxaladılar. Saxlanılan vaxt üstümdəki tiryəki Zaurun maşınına atmışdım. Ona görə polislər axtarış zamanı üstümdən heç nə tapmadılar. Polislərin təzyiqi nəticəsində narkotik vasitəni İlqardan satış məqsədilə aldığımı dedim”.

Digər təqsirləndirilən şəxs - İlqar Əliyev ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. O, ifadəsində tanışı Namiq Abbasovun tiryək almaq istədiyini, özündə narkotik vasitə olmadığını, lakin tapa biləcəyini dediyini göstərib: “Namiq mənimlə görüşüb 30 manat verdi, üç büküm tiryək almağı xahiş etdi. Həmin pulu tanışım Yəhyabalaya verib tiryək aldım və Namiqə verdim. Ertəsi gün sahə rəisi yaşadığım evə gələrək cəzaçəkmə müəssisəsindən azad olduğum üçün qeydiyyata alınmağımın lazım olduğunu bildirdi və şəxsiyyət vəsiqəmi istədi. Şəxsiyyət vəsiqəsini gətirmək üçün evə girəndə bir neçə mülki geyimli şəxs məni tutub qoluma qandal vurdu və “bandotdel”ə apardı. Polislərin təzyiqi nəticəsində etirafedici ifadə vermişəm, narkotik vasitələrin satışı ilə məşğul olduğumu etiraf etmişəm. Mənim evimdən tiryək aşkar edilməyib”.

Məhkəmənin hökmü ilə Namiq Abbasov 7 il 6 ay, İlqar Əliyev isə 8 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Hər iki şəxsə narkomaniyadan məcburi müalicə təyin olunub.

 

 

шаблоны для dle 11.2

Xəbər lenti
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
16 05 2024
15 05 2024
15 05 2024
15 05 2024