Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (14-11-2014, 10:49)
Helikopteri vuran hərbçimizin evindən reportaj-Video

Ermənistan helikopterini vuran Azərbaycan hərbçisi İlkin Muradov kimdir? 

 

Cəbhə xəttində xidmət edən hərbçimizlə görüşmək mümkün olmasa da, onun ailəsi ilə görüşmək mümkün olub. 
Dünən günorta saatlarında cəbhənin Ağdam istiqamətində mövqelərimizə hücuma cəhd edən Ermənistan Silahlı Qüvvələrinə məxsus Mi-24 tipli helikopteri açdığı atəşlə məhv edən İlkin Muradovun şücaətinə bütün Xolqarabucaq sevinir.
Muradovlar 2 bacının bir qardaşı, ailənin ilki olan 24 yaşlı İlkinlə fəxr etdiklərini, qürur duyduqlarını dedilər.
İlkinin atası Məmməd Muradov deyir ki, oğlunun helikopteri vurması ilə bağlı xəbəri televizorda görəndə sevincinin həddi-hüdudu olmayıb: “Mən fəxr edirəm oğlumla. Azərbaycana belə oğullar lazımdır”.
İlkinin anası Rəxşəndə Muradova isə deyir ki, oğlu ona zəng etsə də helikopteri vurmasını deməyib. “Zəng edəndə mənə demədi. Mən ANS-dən eşitdim ki, helikoter vurub. Çox sevindim. Oğlumla qürur duyuram. Mənim kimi heç kəs sevinə bilməz”.
İlkinin atıcı sərrastlığından qurur duyan həm də müəllimləridir. Bu ilin may ayından müddətdən artıq hərbi xidmət qulluqçusu olan İlkinin müdafiə naziri, general polkovnik Zakir Həsənov tərəfindən "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalla təltif edilməsi və qiymətli hədiyyəyə layiq görülməsi onun hərbi müəlimini daha cox fərəhləndirir.

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024