Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (7-11-2014, 13:12)
40 vəhhabi ailənin Suriyaya gedişinin ilginc təfərrüatı - Adlar

Azərbaycandan ailəsi ilə Suriyaya gedənlərin sayı durmadan artır

 

Ötən həftə 40 belə ailə Yaxın Şərqdə gedən döyüşlərdə iştirak üçün ölkəni tərk edib. Bu sensasyon statistika nə blef, nə də iddiadır. 
Bu xəvarici ailələr Azərbaycan sərhədlərini keçə bilmək üçün zahiri görkəmlərini dəyişiblər.
Məlumata görə, kişilər saqqalını qırxıb, qadınlar isə niqablarını açıb kosmetikadan istifadə edərək Azərbaycandan çıxmağa nail olublar. Artıq 40 vəhhabi ailənin Türkiyə ərazisinə keçdiyi söylənir.
Bu haqda Füzuli rayonundan olan məcburi köçkün Fərhadovlar ailəsindən AzadXeber.az-a məlumat verib. Hazırda sözügedən ailənin üç oğlu həyat yoldaşı ilə birlikdə Türkiyə və Suriya ərazisindədirlər.
O da qeyd edilir ki, ümumilikdə Fərhadovlarla birgə, ötən həftə Suriyaya getmək üçün Türkiyə ərazisinə 40-a yaxın azərbaycanlı ailə daxil olub. Ailələrinin bir hissəsi Suriyaya keçməyə nail olsalar da, digərləri hələ ki Türkiyədə gözləyirlər.
Bu ailələrin böyük əksəriyyəti evlərini və əşyalarını sataraq Azərbaycandan birdəfəlik getdiklərini söyləyiblər. Suriyaya gedən Fərhadovların ailə üzvlərinin adlarını təqdim edirik: 
Fərhadov Məhəmməd Mehdi oğlu. Təvəllüd: 1982-ci il
Fərhadov Seymur Mehdi oğlu. Təvəllüd: 1984-cü il
Fərhadov Rahidə Çingiz qızı. Təvəllüd: 1989-ci il
Fərhadova Şəfiqə. Təvəllüd: 1989-cu il
Fərhadova Cəmalə Mehdi qızı. Təvəllüd: 1984-cü il
Fərhadov Vüqar Kərəm oğlu. Təvəllüd: 1979-cu il
Ər-arvad olan Fərhadov Vüqarla Fərhadova Cəmalə bu il oktyabrın 25-də Suriyaya keçməyə nail olublar. Yerdə qalanları isə oktyabr ayın 29-da Suriyaya keçə biliblər.
Baş verənlərdən sonra valideynlər və ailələr şoka düşüblər. Məmməd Fərhadov getməmişdən əvvəl evini sataraq öz təriqət yoldaşları arasında bölüb. Fərhadov Seymurun evi isə qayınatasının adına olduğuna görə, yalnız evin əşyalarını sata bilib.
Gedənlərin hər biri ölkəni müalicə adı altında tərk ediblər. Lakin ailə üzvlərinə zəng edərək halallıq istəyiblər və bildiriblər ki, bir daha geri qayıtmayacaqlar. 
шаблоны для dle 11.2

Xəbər lenti
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025