Cəmiyyət (5-11-2014, 11:15)
Doğuşdakı ana ölümü ilə bağlı cinayət işi açıldı
Qubada qeydə alınan ana ölümü ilə bağlı cinayət işi başlandı
Noyabrın 3-də Qusar rayonunun Hil-oba kənd sakini, 1978-ci il təvəllüdlü Aslanova Zərnişan Dəmir qızının Quba Rayon Perinatal Mərkəzində doğuşdan sonra vəfat etməsi ilə əlaqədar Quba rayon prokurorluğunda müvafiq araşdırmalar aparılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, ilkin araşdırmalarla müəyyən edilib ki, Z.Aslanova oktyabrın 23-də “39 həftəlik hamiləlik, baş gəlişi yalançı doğuş sancısı” diaqnozu ilə Perinatal Mərkəzə daxil olub və noyabrın 2-də saat 23:20-də oğlan uşağı dünyaya gətirib. Həmin gün saat 23:35-də baş vermiş qanaxma ilə əlaqədar əməliyyat edilib, lakin göstərilən tibbi yardımlara baxmayaraq ertəsi gün saat 15:50-də vəfat edib.
Faktla bağlı Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
4 10 2025
4 10 2025
4 10 2025
4 10 2025
4 10 2025
4 10 2025
4 10 2025
3 10 2025
3 10 2025
3 10 2025
3 10 2025
3 10 2025
3 10 2025
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi - Dövlət resurslarının ailə marjasına transferi...
3 10 2025
3 10 2025
3 10 2025
3 10 2025
3 10 2025
3 10 2025
3 10 2025
3 10 2025
3 10 2025
3 10 2025
3 10 2025
3 10 2025
3 10 2025
3 10 2025
2 10 2025
2 10 2025
2 10 2025