Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (28-10-2014, 18:23)
On milyonluq mənimsəmə faktı ilə bağlı cinayət işi açıldı

Bəzi hüquqi və fiziki şəxslər tərəfindən bankdan alınmış güzəştli kreditlərdən təyinatı üzrə istifadə edilməməsi barədə “DəmirBank” Açıq Səhmdar Cəmiyyətinin müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. 

 

Baş prokurorluğun mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, araşdırmalar zamanı İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun müvəkkil kredit təşkilatı kimi büdcə vəsaiti və öz vəsaitləri hesabına “DəmirBank” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 2006-2010-cu illərdə kəndli-fermer təsərrüfatının inkişafı, tikinti və sənaye sahəsində işlərin sürətləndirilməsi məqsədi ilə saxta biznes planlar və digər sənədlər tərtib etmiş bəzi fiziki və hüquqi şəxslərin adlarına güzəştli şərtlərlə verilmiş 10 milyon 666 min 600 manat məbləğində külli miqdarda kreditin təyinatı üzrə istifadə edilməyərək həmin fiziki və hüquqi şəxslər tərəfindən israf edilib mənimsənilməsində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 195.2 ( külli miqdarda qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri  ilə cinayət işi  başlanıb. 

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir. 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024