Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (27-10-2014, 19:38)
Almaniyada Azərbaycan günü

Oktyabrın 28-də Almaniyanın Hannover şəhərində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycan mədəniyyəti günü keçiriləcək. 

 

“Mediatv.az” xəbər verir ki, tədbir çərçivəsində izləyicilər “Azərbaycanda alman izləri” fotosərgisi və “Almaniya bir rəssamın gözü ilə” müsabiqəsinin qaliblərinin rəsm əsərlərindən ibarət ekspozisiya ilə tanış ola biləcəklər.

Daha sonra Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti olacaq. Fuad İbrahimovun dirijorluğu ilə keçəcək konsertdə milli və klassik musiqilər ifa ediləcək.

Həmin gün qonaqlara Heydər Əliyev Fondunun yeni nəşri olan “Azərbaycanda alman izləri” kitabı da təqdim olunacaq. Almaniyalı professor, doktor Eva Maria Auxun müəllifi olduğu kitabda almanların Azərbaycanda məskunlaşması tarixi baxımdan şərh edilib, elmi faktlar, xəritələr, fotolar öz əksini tapıb.

Fondun qeyd olunan nəşri, eyni zamanda, Azərbaycan incəsənəti nümunələri noyabrın 4-də Düsseldorf şəhərində təşkil olunan tədbir zamanı da təqdim ediləcək. Həmin gün, həmçinin Düsseldorfer Şauşpilhaus konsert zalında Elçin Şirinovun caz qrupunun konserti olacaq. Konsertdə tamaşaçılar caz improvizasiyaları ilə yanaşı, ud və balabanda milli musiqilərimizi də dinləyə biləcəklər.

 

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024